2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlqar Əliyevin ölüm işi bağlanmayıb

Bu gün bir neçə mətbuat orqanında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış İlqar Əliyevin ölüm işinin araşdırılmasının dayandırılması haqda xəbər yayılıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Azadlıq”ın sorğusuna cavabında yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib:

“Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış İlqar Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asması faktına görə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button