2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İlqar Məmmədov seçki tələb edir

Müxalif Respublikaçı Alternativ Partiyası Milli Məclisdə boş yerlərə seçkilər tələbi ilə imza kampaniyası aparır. Partiya sədri İlqar Məmmədov yazır ki, parlamentdə təmsilçisi olmayan 1200 vətəndaşdan imza toplanıb, ardı da gəlir: “İnsanlar 7 dairə üzrə təkrar və əlavə seçkilər istəyir. Onlar vergi ödəyir, amma yığılan vergilərə sərəncam verən parlamentdə təmsilçiləri yoxdur və konstitusiya pozulmuş durumdadır”.

125 nəfərlik Azərbaycan parlamentinin hazırda 118 deputatı var. Milli Məclisə son seçki 2020-ci il fevralın 9-da keçirilib. Mərkəzi Seçki Komissiyasının 13 fevral 2020-ci il qərarları ilə 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan dairələri üzrə nəticələr ləğv olunub.

Seçki etibarsız sayıldığı halda təkrar seçki keçirilməlidir. Ancaq buna gedilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

116 saylı Qəbələ dairəsindən deputat Fəttah Heydərov 2020-ci il avqustun 4-də vəfat edib.

55 saylı Xaçmaz şəhər dairəsindən deputat Eldəniz Səlimov 2021-ci il avqustun 3-də həbs edilib, hazırda 3 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası çəkir. Cəza hökmü 2022-ci il fevralın 28-də qanuni qüvvəyə minib və Eldəniz Səlimov mandatını itirib.

50 saylı Abşeron-Qobustan dairəsindən deputat Şahin Seyidzadə dövlət orqanlarında vəzifəyə keçdiyi üçün Mərkəzi Seçki Komissiyasının 17 mart 2022-ci il iclasında onun mandatına xitam verilib.

Deputat mandatı boş qalanda əlavə seçki təyin edilməlidir. Ancaq bu da baş verməyib.

Beləliklə, hazırda ümumilikdə 300 mindən çox seçici deputatsızdır.

İlqar Məmmədov şərhində əlavə edir ki, parlamentdə boş yerlərə seçkilərin keçirilməməsi hakimiyyətin konstitusiyanı dəyişib proporsional sistem tətbiq etmək niyyəti ilə bağlıdır: “Hakim Yeni Azərbaycan Partiyası nisbətən düz seçki keçirmək istəsə də, dairələri rahat udacaq namizədləri çox azdır. Proporsional sistemdə partiya siyahıları yarışır və ictimai diqqət siyahının əvvəlindəki ilk 5-10 nəfərin üzərində cəmləşir. Belə yarışa hakim partiya nisbətən daha yaxşı hazırdır, adam arasına çıxarmağa 5-10 nəfər hörməti namizədi var.

Ancaq hələlik referendumun olacağını, seçki sisteminin dəyişəcəyinı dəqiq demək olmur. Qalır seçicilərin dairələr üzrə məlumatlandırılması və imzaların toplanması”.

1995 və 2000-ci illərdə Milli Məclisin 100 üzvü majoritar üsulla (dairələrdən), 25 üzvü proporsional üsulla (partiya siyahıları üzrə) seçilib. 2005-ci ildən başlayaraq tam majoritar sistem tətbiq olunur, 125 deputatın hamısı dairələrdən mandat alır.

Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası indiki parlamentdə 69 nəfərlə təmsil olunur. Vətəndaş Həmrəyliyi Partiyası 3, Respublikaçı Alternativ, Demokratik İslahatlar, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ana Vətən, Milli Cəbhə, Vəhdət, Vətəndaş Birliyi, Demokratik Maarifçilik partiyaları 1 mandata sahibdir, 37 deputat partiyasızdır. (Novator)

24 saat” “İlqar Məmmədov seçki tələb edir” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button