2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlqar Məmmədova 234 min təzminat ödəniləcək – ReAL sədri bəraət aldı

Bu gün Ali Məhkəmənin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədovun barəsində olan hökmlə bağlı işə baxılıb.
“Report”un xəbərinə görə, Plenum qərar verib. Qərara əsasən, İ. Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Plenum İ. Məmmədovun həbsdə qaldığı müddətə görə mənəvi təzminat təyin edib. Mənəvi təminatın məbləği 234 min manatdır.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə o, vaxtından əvvəl azad edilib və cəzası şərti hesab edilib.
Daha sonra İ.Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Ai Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin onun haqqında çıxardığı cəza dəyişdiriib və şərti cəzası ləğv edilib.
Belə ki, İ.Məmmədovun cəzası 5 il 6 ay 9 günə endirilib və həmin müddət də çəkilmiş hesab olunub.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button