2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

İlqar Məmmədov: “Əgər Konvensiya bir nəfəri də qoruya bilmirsə…”

“Avropa İnsan Hüquqları Konvensiyası bir nəfəri siyasi motivli həbsdən qorumaq iqtidarında deyilsə, deməli, bu konvensiya ümumiyyətlə, işlək deyil”, – “Respublikaçı Alternativ” (REAL) hərəkatının sədri İlqar Məmmədovun sözləridir. O, bu fikirləri vəkili Cavad Cavadovla görüşdə səsləndirib və ictimaiyyətə çatdırılmasını istəyib. Bu haqda vəkil özü məlumat yayıb.

Cavad Cavadov sentyabrın 21-də İlqar Məmmədovun saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində onunla görüşüb. REAL sədrinin durumunun yaxşı olduğunu, bütün dostlara salam göndərdiyini deyən vəkil daha sonra bunları bildirib: “Hazırda İlqar Məmmədov Avropa İnsan Hüquqları Konvensiyasının yerinə yetirilməsinə xidmət edəcək yerli siyasi səfərbərlik tədbirlərini fəal şəkildə nəzərdən keçirir”.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, İlqar Məmmədov 2013-cü il fevralın 4-dən həbsdədir. REAL sədri həmin ilin yanvarında İsmayıllıda baş verən etiraz aksiyalarının təşkilində günahlandırılaraq, 6 il azadlıqdan məhrum edilib. İlqar Məmmədov ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

Yerli və beynəlxalq insan haqları təşkilatları da İlqar Məmmədova qarşı ittihamların saxta olması qənaətinə gəlib. Avropa İnsan Haqları Məhkəməsinin qərarında da bu həbsin siyasi motivli olduğu vurğulanıb və İlqar Məmmədovun azadlığa buraxılması istənilib. Lakin Azərbaycan hökuməti bir neçə ildir ki, İlqar Məmmədovla bağlı qərarı icra eləmir.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button