2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İlqar Məmmədov: “Bu prosesin uzanmamasının yeganə yolu…”

Partiya sədrinin kassasiya şikayəti üzrə proses mar ayına qaldı

Fevralın 5-də Ali Məhkəmədə ReAL Partiyasının sədri İlqar Məmmədovun kassasiya şikayətinə baxılıb. Şikayət İlqar Məmmədovun şərti azadlığa buraxılması barədə Şəki Apelyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qərarından verilib.

Hakim Əhməd Nurməmmədovun sədrliyilə keçirilən məhkəmə prosesində elan olunub ki, İlqar Məmmədovun vəkili Fuad Ağayev əlavə kassasiya şikayəti verib.

Zərərçəkmiş qismində tanınan polislərə məhkəmə barədə məlumat verilsə də, gəlməyiblər. Onlara kassasiya şikayətinin surəti çatdırılmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil Fuad Ağayev bu əsasla məhkəmənin təxirə salınmasına etiraz edib. Bildirib ki, şikayətə əlavədə yalnız İlqar Məmmədova aid olan cüzi dəqiqləşmə var. Vəkilin sözlərinə görə, bu cinayət işi üzrə məhkəmələr 2013-cü ildən davam edir.

Lakin prokuror da, məhkəmə də hesab edib ki, kassasiya şikayətinə əlavə ilə həm ittiham tərəfi, həm də zərərçəkənlər tanış olmalıdır.
Bu əsasla da məhkəmə 28 marta qədər təxirə salınıb.

İlqar Məmmədov jurnalistlərə açıqlamasında bunu prosesin uzadılması kimi qiymətləndirib. Bildirib ki, ölkə rəhbərliyi ona münasibətdə ədalət mühakiməsini inkar etməkdə davam edir:

“Azərbaycan rəhbərliyi mənə qarşı ədalət mühakiməsini inkar edir”.

Siyasi motivlərlə həbs olunduğunu və 5 il yarımdan çox saxlandığını deyən partiya sədri əlvə edib ki, hazırda Avropa Məhkəməsinin Böyük Palatasının onun işi üzrə qərarını gözləyirlər: “Bu prosesin uzanmamasının yeganə yolu o qərarın tezliklə verilməsidir”.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Avropa İnsan Haqları Məhkəməsi iki dəfə bunun əsassız olması haqqında qərar qəbul edib.

Azərbaycan Ali Məhkəməsinin plenumu 2018-ci il iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarlarını ləğv edib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi ReAL Partiyasının lideri İlqar Məmmədova iki il sınaq müddəti ilə şərti cəza kəsməklə, məhkəmə zalından azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button