2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlqar Məmmədov hələ də Şəki təcridxanasında saxlanılır

REAL sədrinin azadlığının üzərindən məhkəmə çıxışları xətt çəkib iddiası var
Mayın 3-də Ali Məhkəmədə Müsavat başqanının müavini Fərəc Kərimlinin hökmündən verilmiş şikayətə baxılıb. Fərhad Kərimovun sədrliyi ilə keçən proses mayın 10-na təxirə salınıb. Başqan müavini məhkəməyə gətirilməyib.

Bu barədə müsavat.com-a F.Kərimlinin vəkili Nemət Kərimli məlumat verib: “Fərəc məhkəməyə gətirilməmişdi. Çünki onun prosesdə iştirakı üçün vəsatət verməli idik. Fərəc Kərimli məhkəmənin ədalətli olacağına inanmır. Ona görə də onun iştirakı barədə vəsatətimiz yox idi. Proses zamanı məhkəmə elan etdi ki, işi öyrənib bir daha müzakirə etmək lazımdır. Bunun özü qanunvericiliyə ziddir. Belə ki, iş əvvəlcədən öyrənilməli və ondan sonra proses təyin olunmalıdır. Onu da qeyd edim ki, Fərəcin qardaşı Siracın da aprel ayında gözlənilən məhkəmə prosesi mayın 10-na təxirə salınıb. Hər iki qardaşın məhkəməsi eyni gündə olacaq. Açığı, gedən prosesləri müsbətə doğru addım kimi qiymətləndirirəm. Hesab edirəm ki, məhkəmə ədalətli qərar qəbul etmək istəyir”.

Qeyd edək ki, hazırda ən çox müzakirə olunan mövzulardan biri də REAL sədri İlqar Məmmədovla bağlı hökmün qüvvədə saxlanılmasıdır. Onun barəsində aprelin 29-da Şəki Apelyasiya Məhkəməsində çıxarılan qərar gündəmdən düşmür. Buna səbəb də əvvəlcədən onun azadlığa buraxılacağına olan ümidlərin puç olmasıdır. REAL sədri ilə bağlı olan müzakirələrin fonunda belə iddialar var ki, o, son məhkəmə proseslərindəki sərt çıxışlarına görə həbsdə qaldı.

Saytların yığılması Saytlarin yigilmasi

Vicdan məhbusunun həyat yoldaşı Vəfa Məmmədova onun hələ də Şəki İstintaq Təcridxanasında saxlanıldığını bildirdi: “Aprelin 29-dakı məhkəmənin səhərisi gün zəng etmişdi. Mayın 2-də də danışdıq. Əhval-ruhiyyəsi yaxşıdır. O, möhkəm, iradəli insandır. Belə qanunsuzluqlar onu sındıra bilməz. Heç vaxt da sındırmayacaq. Məhkəmənin son qərarına sakit münasibət sərgiləyir. Çünki o, əvvəlcədən qərarın belə olacağını bilirdi. Bizim ümidlərə rəğmən, onun ümidləri yox idi. Sadəcə, hakimiyyət tərəfdən belə fikir yaradıldı ki, İlqarı azad edirik. Bir növ oyun oynadılar. İlqar hələ ki Şəkidədir. Bakıya qaytarılmağını tez istəyir. Çünki buradan bizə Şəkiyə sovqat aparmaq çox çətindir. Nə vaxt qaytarılacağını gözləyirik”.
V.Məmmədova həyat yoldaşı haqqında deyilən iddialarla razılaşmır: “Düşünmürəm ki, İlqar məhkəmədəki çıxışlarına görə azad olunmadı. Əgər onun azad olunması ilə bağlı siyasi qərar olsaydı, çıxışlara baxılmazdı. Sadəcə, İlqarın azad olunması üçün konkret qərar verilməyib. Daha doğrusu, onu azad etmək istəmirlər. Bu bir daha sübut edir ki, onlar İlqardan çəkinirlər”.

İ.Məmmədovun vəkili Fuad Ağayev son məhkəmə qərarı ilə bağlı qarşıdakı günlərdə atacaqları addımlar barədə hələ ki, məlumat verməyin düzgün olmadığını söylədi. Vəkil REAL sədrinin məhkəmə çıxışlarının azadlığa çıxmasına mane olması barədə iddialara da münasibət bildirməyərək, bu sualın hakimlərə yönləndirilməsini istədi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button