2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

İlqar Məmmədov: “Mən Rusiyanı sevirəm”

REAL sədri İlqar Məmmədov mətbuat konfransı keçirdi

REAL Partiyasının sədri İlqar Məmmədov mətbuat konfransını keçirib. O, avqustun 13-də Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə iki il sınaq müddəti tətbiq olynmaqla şərti azadlığa buraxılıb.

İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı iki qərarı olub.

24saat.org xəbər verir ki, bu, həbsdən çıxdıqdan sonra REAL sədrinin jurnalistlər üçün keirdiyi ilk birfinqdir. REAL-ın ofisində keçirilən tədbirdə media və diplomatik korpus nümayəndələri iştirak edib Konfrans üç hissədn ibarətdir. İ.Məmmədovun həbsi və məhkəməsi ilə bağlı ilk hissədən sonra ölkədə baş verən iqtisadi proseslər, üşüncü hissədə isə REAL-ın fəaliyyəti və siyasi proseslər ətrafında sual-cavab olub.

Saytların yığılması Saytlarin yigilmasi

İLk çıxış edən İlqar Məmmədov azadlığa çıxması üçün çalışan insanlara təşəkkür edib. O bildirib ki, medianın və vəkillərinin rolu böyükdür.

REAL sədri deyib ki, onu müdafiə etdikləri üçün bu vəkillər ciddi təzyiqlərə məruz qalıblar.

“Xalid Bağırov mənimlə bağlı məhkəmələrdə göstərdiyi prinsipial mövqeyə görə kollegiyadan uzaqlaşdırıldı, digər vəkilim Fuad Ağayev iki dəfə töhmət aldı. Cavad Cavadov həbsxanada mənim həyatda qalmağımda böyük rol oynayıb. Digər vəkilim Şəhla Hümbətovanın bu gün ad günüdür, onu təbrik edirəm” – deyən İ.Məmmədov ona gül dəstəsi hədiyyə edib.

İlqar Məmmədov vurğulayıb ki, həbsdən azad edilsə də, məhkəmənin çıxardığı qərarla razı deyil və tam qələbə üçün sona qədər mübarizə aparacaq.

İlqar Məmmədov bildirib ki, bir çox səbəblər rol oynasa da həbsində əsasən 2013-cü ilin prezident seçkilərində iştirakla bağlı qərar mühüm rol oynayıb

“Nardaran hadisələri”nə münasibəti ilə bağlı suala cavab olaraq İlqar Məmmədov deyib ki, bu hadisələrlə bağlı tam məlumata malik deyil. “Hazırda o işi öyrənməklə məşğulam. Amma dinindən, irqnindən və dilindən asılı olmayaraq, hər bir insanın hüquqlarına hörmət edirik” – deyə İlqar Məmmədov bildirib. O, azadlığı münasibətilə Tale Bağırzadənin təbrik göndəməsinə görə, ona təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən vəkil Cavad Cavadov bildirib ki, İlqar Məmmədovun tezliklə tam bəraət alacağna inanır.

Vəkil Fuad Ağayev qeyd edib ki, REAL sədrinin tək özünə yox, vəkillərinə qarşı da qanun pozuntuları və təzyiqlər olub.

Xaliq Bağırov bildirib ki, REAL-ın idarə heyətinin üzvü olduğu üçün İlqar Məmmədovun dörd vəkilindən yalnız onu kollegiyadan uzaqlaşdırdılar. O, bildirib ki, hakimiyyət İlqar Məmmədovu tam müdafiəsiz qoymağa çalışırdı.

Vəkil Şəhla Hümbətov da deyib ki, İlqar Məmmədovu təcrid vəziyyətində saxlamaq üçün hətta vəkillərin tez-tez görüşə getmələrinə görə də iradlar bildirilib.

İkinci hissədə İlqar Məmmədov iqtisadi duruma toxunaraq bildirib ki, həbsdən çıxdıqdan sonra əvvəlki ilərdən fərqli iqtisadi durumun şahidi olub. Hazırkı durumunu da şərh edən İ.Məmmədov deyib ki, ölkə iqtisadiyyatı neftə bağlı olduğu üçün neftin qiyməti düşəndə, büdcə də azalır.

İ.Məmmədov xarici borcların artmasına da münasibət bildirərək, bunun qarşısını almaqdan ötrü borclanma prosesi ciddi nəzarətə götürülməli, daha sonra rəqabətə davamlı iqtisadiyyat yaradılmalı və xarici borcun qaytarılmasından ötrü konsepsiya işlənib hazırlanmalıdır.

REAL-ın bununla bağlı fəaliyyətinə gəlincə, İ.Məmmədov deyib ki, bunun üçün parlamentdə təmsil olunmaq vacibdir:

“Əgər növbədənkənar parlament seçkiləri keçirilsə, mütləq iştirak edəcəyik”.

REAL-ın fəaliyyəti və siyasi proseslərə həsr edilmiş suallara isə üçüncü hissədə cavab verilib.

İlqar Məmmədov “Rusiyada fəaliyyət göstərən müxalif qurumlardan əməkdaşlıq təklifi gəlsə dəyərləndirərsinizmi? Çünki siz daha çox Qərbyönümlü siyasətçi kimi qəbul olunursuz” sualına belə cavab verib:  “Siyasətdə mənəvi bağlılığın böyük rolu var. Mən Rusiyanı sevirəm. Hətta baxdığım kinoların və oxuduğum əsərlərin çoxu bu dildədir. Rusiyanın tərəqqipərvər qüvvələri ilə əməkdaşlıq mümkündür. Rusiya nəhəng bir dövlətdir. Bizim onlarla tarixi bağlarımız var. Azərbaycana Qərb ideologiyasını Rusiya gətirib. XIX-XX əsrdə ideoloqlarımız rus dilində təhsil alıblar, onun mədəniyyətini öyrəniblər və Azərbaycanda tətbiq ediblər”.

Siyasi partiyalarla, o cümlədən, Müsavat və AXCP ilə əməkdaşlıqla bağlı REAL sədri sualla cavab verib: “Hansı əməkdaşlığı nəzərdə tutursunuz?”

Daha sonra isə sual verən jurnalistə deyib ki, sizin sualınız ünvanlıdır: “Biz partiyaların rəhbərləri ilə salamlaşmışıq, Müsavatın lideri və AXCP sədri ilə də”.

REAL sədri mitinqlərlə bağlı planlara gəlincə deyib: “O zaman mitinq qərarı verəcəyik ki, millətə xeyir gətirsin. Biz yeni bir ideyalı partiya yaratmışıq. Bu partiyanın genişləndirilməsi üçün fəaliyyətimizi davam etdiririk. Partiyamız ölkədə ən ideoloji partiyadır”.

“Xalqın müxalifətə əvvəlki inamı qalmayıb. REAL bu inamı geri qaytara biləcəkmi” sualına İ.Məmmədov belə cavab verib: “Gələcək hər şeyi göstərəcək. Əlimizdən gələni edəcəyik. Sonda hər şey insanların təşəbbüsündən, fəallığından asılı olacaq. Bunlar olarsa, biz uğur qazanacağıq”.

Sonda İ.Məmmədov sonda bütün media nümayəndələrinə, beynəlxalq təşkilatlara, REAL-çılara öz təşəkkürünü bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button