2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlqar Məmmədovdan tərəfdarlarına məxfi “facebook göstərişi”

 Məlum olduğu kimi, aprelin 29-da Şəki Apellyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə isə müdafiə tərəfinin İlqar Məmmədova bəraət verilməsi barədə vəsatətini təmin etməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

REAL hərəkatı bundan sonra sözügedən məhkəmə qərarına etiraz olaraq sərt bəyanat qəbul edib. Bəyanatda diktaturanın saxta və Azərbaycan xalqı üçün təhqiredici məhkəmə oyununu davam etdirdiyi və bu səbbədən də İlqar Məmmədovun azadlığa buraxılmadığı qeyd olunub. REAL eyni zamanda həmin bəyanatında Qərbin siyasi dairələrini də ikiüzlülükdə və Azərbaycandakı diktaturanı gücləndirməkdə ittiham edib: ”Qərb bütün çağırışlara göz yumaraq, bəyan etdiyi dəyərlərinə xəyanət edərək əksinə Əliyev diktaturasının möhkəmləndirilməsi, rejimin simasının ağardılması üçün əlindən gələni əsirgəmədi. Yaranmış şəraitdə REAL həm Bakıda, həm də xaricdə siyasi məhbuslara azadlıq və rejimə qarşı sanksiyalar tələbi ilə dinc etiraz aksiyalarının keçirilməsini gündəmə gətirir. REAL bütün təəssübkeşlərinin, Azərbaycanda azad və ədalətli cəmiyyət arzusunda olanların, dəyərləri gözardı etməyən beynəlxalq təşkilatların bu prosesdə fəal iştirakına, dəstəyinə ümid edir”.

Məsələnin bura qədər olan tərəfi aydındır. Müəmma qalan və bu gün də beyinlərdəki sualların cavabsız qaldığı məqam isə başqadır.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org xatırladır ki, REAL-ın yuxarıda bəhs etdiyimiz kifayət qədər sərt bəyanatından sonra hərəkatın bütün fəalları həmin bəyanatı ya tam formada, ya da müəyyən seçmələrlə sosial şəbəkələrdə paylaşdılar. Amma heç kəsin gözləmədiyi halda üstündən bir qədər keçdikdən sonra REAL-çılar sözügedən paylaşımları və həmin paylaşmalar ətrafında aparılan müzakirələri bir nəfər kimi facebook-dakı hesablarından siliblər.  Maraqlıdır, bu müəmmalı geriçəkilmənin səbəbləri nədir?

Təbii ki, bununla bağlı əlimizdə səhih məlumat olmadığından mövzuyla bağlı yalnız ehtimallara söykənən fikirlər irəli sürülə bilər.

Ən ağlabatan versiya bundan ibarətdir ki, sözügedən bəyanat İlqar Məmmədovdan xəbərsiz qəbul olunub. Bəyanatdakı Qərb əleyhinə fikirlər isə təbii məsələdir ki, həbsdəki REAL liderini heç cür razı sala bilməzdi. Mövcud rejimlə yanaşı Qərbi də xəyanətdə və ikiüzlülükdə ittiham etmək İlqar Məmmədovu faktiki olaraq yeganə güvənc yeri sayılan beynəlxalq dəstəkdən də məhrum edə bilər. Ağlabatan görünür ki, bəyanatdan ümumiyyətlə imtinanın səs-küy doğuracağını nəzərə alan İlqar Məmmədov həbsxanadan tərəfdarlarına facebook və digər sosial şəbəkələrdəki paylaşımları silməyi tövsiyyə etməklə kifayətlənib.

Bəyanatın sosial şəbəkələrdən məhz İlqar Məmmədovun  tapşırığı ilə yığışdırılması və REAL sədrinin bəyanatdan yayıldıqdan sonra xəbər tutması daha inandırıcı görünür. Unutmayaq ki, İlqar Məmmədov siyasətdə “bişmiş” adamdır, o sonradan sosial şəbəkələrdən sildirəcəyi bəyanatın qəbul olunmasına ümumiyyətlə razı olmazdı.

 

Orxan

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button