2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

İlqar Məmmədovun apellyasiya baxışının vaxtı müəyyənləşdi

REAL Hərəkatının sədri İlqar Məmmədovun işi üzrə apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin hakimi Gündüz Abbasovun sdərliyi ilə baxılacaq.

24saat.org xəbər verir ki, bu barədə vəkil Fuad Ağayev məliumat verib. Onun bildirdiyinə görə, baxış iclası  10 avqust, saat 11-ə təyin edilib.

Qeyd edək ki, iyulun 2-də Ali Məhkəmənin Plenum iclasında REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətiə baxılıb.

Qərara əsasən, İ.Məmmədovun barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarlarını ləğv edilib və iş baxılması üçün yenidən apellyasiya instansiyasına göndərilib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı iki qərarı var. Vəkil Fuad Ağayev bildirib ki, Azərbaycan dövləti bu qərarları icra etməli, İlqar Məmmədovu azad etməli və iş üzrə icraata cinayət hadisəsi olmadığına görə xitam verməlidir.

İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə ittiham olunan Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ.Məmmədov həmin qərardan kassasiya şikayəti verib.

Xatırladaq ki, T.Yaqublu Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə əfv olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button