2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlqar Məmmədovun azadlıqda ilk müsahibəsi – VİDEO

https://www.facebook.com/24saat.org/videos/222822021716847/?t=81

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılan “ReAl” Partiyasının sədri İlqar Məmmədov artıq evindədir.

24saat.org xəbər verir ki, evinin önündə jurnalistlərə açıqlama verən İlqar Məmmədov Penitensiar Xidmətin avtomobili ilə Bakıya gətirildiyini deyib.
O qeyd edib ki, avqustun 10-da məhkəmə prosesinin təxirə salınmasına məhkəməni izləməyə həddindən artıq çox adamın gəlməsi səbəb olub.

Qeyd edək ki, İlqar Məmmədovun bu gün azad ediləcəyi ilə bağlı 24saat.org saytı avqustun 11-də məlumat yaymşdı.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bildirilirdi ki, avqudtun 10-da REAL sədrinin məhkəməsinin müəmmalı şəkildə təxirə salınmasının səbəbi də budur. Belə ki, Şəki Apelyasiya Məhkəməsində REAL Partiyasının lideri İlqar Məmmədovun işi üzrə yeni təkrar apellyasiya baxışı üzrə proses qeyri-müəyyən müddətə təxirə salınıb. Hakim bunun dövlət ittihamçısının gəlməməsi ilə əsaslandırsa da, prosesdə iştirak edən fəallar prokurorlu məhkəmə binasında görüblər.

Saytımıza daxil olan məlumatda da bildirilirdi ki, İlqar Məmmədovun azad edilməsi Almaniyanın kansleri Angela Merkelin Azərbaycana səfərinədək reallaşmalıdır. O, Qafqaz turnesi çərçivəsində avqustun 25-də Bakıya səfər edəcək. Həmin vaxtadək Azərbaycanda insan haqları sahəsində ciddi inkişaf olması rəyi yaradan addımların atılması gözlənilir. 3 gün əvvəl Azərbaycanda bloklanan saytların tələm-tələsik apellyasiya şikayətlərinə baxılaraq müsbət qərar verilməsi ilə xəbərlə yayılması da media sahəsində “yumşalma” rəyinin yaranmasına xidmət edən amildir.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.Amma A vropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında qərar qəbul edib.
Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarları ləğv edilib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button