2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlyas İsmayılovun oğlu dəfn edildi – FOTOLAR

Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılov dəfn edilib.

E.İsmayılov Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

Vida mərasimi onu ata evində – Sabunçu rayonu, Nardaran qəsəbəsində keçirilib.

Vida mərasimində mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Etimad İsmayılov İstanbuldakı ofisində Azərbaycanın sabiq polis rəisi Gözəl Dəmirovla mübahisə edib. G.Dəmirov tapança ilə E.İsmayılova 3 dəfə atəş açıb. G.Dəmirov hadisə baş verən ərazidən uzaqlaşıb. Ağır yaralanan E.İsmayılov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Türkiyə polisinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində G.Dəmirov Beşiktaşda saxlanılıb, onunla birlikdə bir nəfər də tutulub.

Azərbaycan KİV-də yazılan məlumatlara görə, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində Daxili İşlər Nazirliyində idarə rəisi olub, istefada olan polkovnikdir.
Türkiyədə bir neçə şirkətə sahib olan Gözəlovun Azərbaycanda biznesinin olduğu iddia edilir.
Dəmirovun “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.
Qətlin borc mübahisəsi nəticəsindndə baş verdiyi barədə də məlumalar var.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur. İlyas İsmayılov Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimidir. O, ölkənin keçmiş baş prokuroru və müstəqillikdən sonra Azərbaycanın ilk ədliyyə naziri olub.
O, jurnalist Sevil Nuriyeva ilə ailə hyaı qurub və bir neçə ildir Türkiyədə yaşayırdılar.

Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button