2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

“İmarət Avropa”:  “Təxribatlara qarşı əlimizdən gələnin qat-qat artığını edəcəyik”

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında “Marsel”lə qarşılaşacaq.

Futbolpress.az Ağdam təmsilçisini Avropadakı səfər oyunlarında dəstəkləyən “İmarət Avropa”nın qarşılaşmaya necə hazırlaşdığını öyrəndi. Bununla bağlı azarkeş qrupunun rəhbər şəxslərindən Elvin İbrahimovla danışdıq:

Saytların yığılması Saytlarin yigilmasi

“Hazırlığımızda bu matç üçün xüsusi şeylər yoxdu. Əsas bannerimiz artıq çox köhnəlib. Yeni banner hazırlamışıq və loqomuzu dəyişmişik. Yeni loqomuz “İmarət”in şəhidi Məhəmmədəli İbrahimlinin fotosu üzərinə qurulub.

Marsel şəhərinin küçələrində bəzi planlarımız var. Ancaq belə ciddi şey yoxdu. Planlarımızı sirr saxlamaq istəyirik. Xüsusi hazırlaşdığımız oyun “Bazel”ə qarşı idi. Çünki siyasi təxribata görə səfər tribunası yox verməmişdilər. Buna görə çalışırdıq ki, necəsə orda olaq. Biz orda istədiyimizi güc yolu ilə aldıq. Dedik ki, ya bizə tribuna verəcəksiz, ya da yerli azarkeşlərin olduğu tribunalara gedəcəyik. Məcbur qalıb tribuna verdilər.

“Marsel”lə oyun da xüsusidi. Biz “Qarabağ”ın arxasındayıq. Matçın əvvəlində də, sonunda da komandamızın yanındayıq. Təxribatların qarşısını almaq üçün çalışacağıq. Əlimizdən gələnin qat-qat artığını edəcəyik. “Qarabağ” udsa da, uduzsa da arxasındayıq. Oyuna azarkeş qrupumuzdan təxminən 70-100 arasında fanat gələcək”.

Sabah keçiriləcək “Marsel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Faiq Tahirov

24 saat” ““İmarət Avropa”:  “Təxribatlara qarşı əlimizdən gələnin qat-qat artığını edəcəyik”” başlıqlı yazını futbolpress.az saytına istinadən dərc edib

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button