2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

İmişli qəbiristanlığında döyülən rusiyalı futbolçu öldü

Moskva “Spartak”ının keçmiş futbolçusu Artyom Bezrodnı 38 yaşında vəfat edib. Bu barədə “R-Sport” məlumat yayıb.

İlkin məlumata görə, idmançı səhər qaçışı zamanı ürəktutmasından ölüb.

Artyom Bezrodnı “Spartak”da 55 oyuna 10 qol vurub. O, həmçinin Almaniyanın “Bayer” və İmişlinin “MKT-Araz” klublarının şərəfini qoruyub.

Saytların yığılması Saytlarin yigilmasi

Virtualaz.org xatırladır ki, Bezrodnı “MKT-Araz”da 2005-ci ildə oynayıb və cəmi dörd matçda iştirak edib. Sonra isə birdən-birə çıxıb gedib. O illərdə Bezrodnının spirtli içkiyə aludə olduğu və hətta sərxoş vəziyyətdə İmişli qəbiristanlığında döyüldüyü barədə xəbərlər yayılmışdı.

Futbolçu son illər həyat yoldaşı və oğlu ilə birgə Ukraynanın Sumı şəhərində yaşayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button