2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İmişlidə pambıq tarlasında zəhərlənənlərdən 12 nəfəri hələ də xəstəxanadadır

İmişli rayonunda pambıq tarlasında zəhərlənən şəxslərdən hazırda 12 nəfəri xəstəxanadadır. Bu barədə Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, zəhərləndiyindən şübhələnən 141 nəfər xəstəxanaya müraciət edib. Sözügedən 12 nəfərdən başqa qalanları müayinədən sonra evə buraxılıb.

Zəhərlənmənin səbəbləri hələlik məlum deyil. Götürülən analizlərin nəticəsi 3-4 gündən bir həftəyədək məlum olacaq.

İmişli xəstəxanasının baş həkiminin sözlərinə görə, 12 nəfərin vəziyyəti stabildir, narahatlığa əsas yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan öncə iyunun 16-da Tərtər rayonunda pambıq tarlasında 14 nəfər zəhərlənib. Onların dördü hələ də xəstəxanadadır.

İyunun 10-da Saatlı rayonunda pambıq tarlasında kütləvi zəhərlənmə baş vermişdi. Xəstəxanaya 24 nəfər müraciət etmişdi. Səhiyyə Nazirliyinin məlumatına görə(Turan), onların hamısı evə buraxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button