2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İmişlinin icra başçısı 15 min manatlıq telefon işlədirmiş – FOTO – Savash.org


İmişlinin icra başçısının bahalı geyim və aksesuarlara qarşı aludəçiliyi var

Onun oğlu Məhəmməd Hacıyev Nərimanov rayon Prokurorluğundan uzaqlaşdırılıb Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında rəhbər vəzifələrdə çalışan bəzi məmurların dəbli həyata, bahalı geyim və aksesuarlara marağı böyükdür. Mətbuat səhifələrində tez-tez bu kimi məlumatlara rast gəlirik. Gundelik-baku.com-un apardığı araşdırmalar nəticəsində məlum olub ki, İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyev də bahalı həyat tərzinə üstünlük verən məmurlardandır.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, icra başçısının iş otağında çəkdirdiyi şəkildə bir sıra maraqlı nüanslar diqqəti cəlb edir. İcra hakiminin stolunun üstündə bahalı telefon görünür. Araşdırmalar nəticəsində öyrəndik ki, Vilyam Hacıyevin istifadə etdiyi telefonun markası «Vertu Ascent Tİ»dır. Qeyd edək ki, bu telefonun hazırkı bazar qiyməti 10-15 min manat arasında dəyişir. Müştərinin istəyindən asılı olaraq telefonun korpusuna brilyant qaşlar da düzülə bilər ki, bu da qiymətin 100 min manata kimi qalxmasına təsir göstərir. Hamımız bilirik ki, Vilyam müəllimin bu bahalı telefonu maaşı ilə ala bilməsi mümkün deyil. Belə ki, icra başçısının maaşı təxminən 1000 manat civarındadır.

Telefonun qiyməti isə 15 min manatdır. Başçı bu qiymətə telefonu ala bilmək üçün 1 illik maşına toxunmamalıdır. Ki, bu da inandırıcı və mümkün olan bir şey deyil. Deməli, İmişlinin icra hakimi bahalı «Vertu» telefonunu qeyri-qanuni yollarla qazandığı vəsaitlərlə alıb. Bundan başqa, şəkildən də göründüyü kimi icra hakiminin qolunda saat var. İmişli İcra Hakimiyyətindəki mənbələr bildirirlər ki, başçı saat həvəskarıdır və özünün dediyinə görə, ən ucuz saatının qiyməti 50 min avrodur. Hələ bu da hamısı deyil.

Bizə verilən informasiyaya görə, Vilyam Hacıyev geyimə qarşı da həssasdır. Belə ki, icra hakiminin ayda ən azı 3 dəfə «Port Baku Mall», eləcə də şəhərin digər brend geyim dükanlarından alış-veriş etdiyi iddia olunur. Bu arada, əldə etdiyimiz məlumatlara görə, icra başçısının Nərimanov rayon Prokurorluğunda işləyən oğlu Məhəmməd Hacıyev işdən xaric edilib. Onun başqa işə keçirilməsi, ya da ümumiyyətlə prokurorluq orqanlarından birdəfəlik xaric edilməsi barədə hələlik heç bir məlumata sahib deyilik. Araşdırmalarımız davam edir. Yaxın günlərdə icra başçısı və oğlu ilə bağlı yeni faktları diqqətinizə çatdıracağıq. Qarşı tərəfin də cavab haqqını tanıyırıq. Gundelik-baku.com





Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button