2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşetXəbərlər

“İmkansız ailələrin uşaqları nəqliyyatdan güzəştlə istifadə etməlidir”

Ombudsman illik məruzəsində müəllimlərə və tibb işçilərinə güzəştli mənzil verilməsi, pensiya yaşına çatmağa az qalmış şəxslərin işdən çıxarılmasının qadağan edilməsi və digər təkliflər verib

“İşçilərin ixtisarı zamanı nəzərə alınmayan ən ciddi məsələlərdən biri də pensiya yaşının çatmasına azı 5-7 il qalmış şəxsin işdən azad edilməsidir”.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2018-ci il üzrə illik məruzəsində belə deyilir. Ombudsman bildirir ki, bu yaşda şəxslərin, xüsusilə qadınların işlə təmin edilməsi ciddi problem olduğu üçün, yaşa görə əmək pensiyası yaşına 10 il qalmış qadınların və pensiya yaşına 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsi qadağan olunmalıdır. O, bununla bağlı Əmək Məcəlləsinə, eyni zamanda işəgötürən tərəfindən müvafiq hallarda işə qəbuldan əsassız imtina edilməsinə görə İnzibati Xətalar Məcəlləsinə müvafiq əlavələrin edilməsini zəruri sayır.

Milli Məclisin plenar iclasında təqdim edilən sənəddə bildirilir ki, dövlət büdcəsindən maliyyələşdirilən bir sıra qurumlarda əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara şənbə və bazar, habelə bayram günləri üçün müavinətin ödənilməməsi qanunvericiliyə ziddir. Buna görə də, qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Ombudsmanın digər təklifi “Əmək pensiyaları haqqında” qanunda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərlə bağlıdır. O, I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlara, ümumilikdə, 30 ildən az olmamaqla qulluq edən kişilərin 60, 25 ildən az olmamaqla qulluq edən qadınların isə 55 yaşına çatdıqda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər qrupuna aid edilməsini təklif edib.

Elmira Süleymanova dövlət qulluğunda xidmət illərinin minimum həddi kimi nəzərdə tutulan müddətin azaldılmasını da təklif edir. O hesab edir ki, bu müddətin 15 ildən 10 ilə endirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik etməyə ehtiyac var.

“İmkansız ailələrin uşaqları nəqliyyatdan güzəştlə istifadə etsin”

Ombudsman Elmira Süleymanova imkansız ailələrdən olan məktəbli və tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadəsi ilə bağlı təklif verib. O bildirib ki, orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrlə bağlı müvafiq mexanizm hazırlanmalıdır.

Həmçinin zəruri ehtiyaclar nəzərə alınmaqla yeni tələbə yataqxanalarının bərpa və ya inşa edilməsi də məruzədə əksini tapıb. Respublikanın kənd rayonlarında olan bir sıra məktəb binalarının hələ də tədris prosesi üçün yararsız, bəzilərinin isə qəzalı vəziyyətdə olduğunu bildirən Ombudsman hesab edib ki, müvafiq qurumları monitorinqlər aparmalı, qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçalarının müəyyənləşdirməli, onların yenidən qurulması və ya əsaslı təmiri həyata keçirilməlidir.

“Təhsildə təxirəsalınmaz tədbirlər görülməlidir”

Məruzədə qeyd edilir ki, orta məktəblərdə əsas və tam orta təhsil üzrə keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə dair məlumatlar təhsilin real vəziyyəti ilə bağlı bir daha dərin düşünməyi və təxirəsalınmaz tədbirlər görülməsini tələb edir.

“Yekun qiymətləndirmənin aparılması bu prosesin mərhələlərə bölünməklə mürəkkəbləşdirilməsinə deyil, əksinə, onun daha da sadələşdirilməsinə xidmət etməlidir. Eyni zamanda müvafiq kontingentə verilən təhsilin real səviyyəsinə uyğun olmalıdır. Digər tərəfdən, açıq və qapalı suallardan ibarət yekun qiymətləndirmə və imtahan suallarının sayı ilə onların həllinə ayrılmış vaxt arasındakı uyğunsuzluq şagirdlərə orta məktəblərdə verilmiş təhsilin obyektiv qiymətləndirilməsinə də mane olur”.

Ombudsman hesab edir ki, qeyd olunan reallığın nəzərə alınmaması X və XI siniflərdə təhsil alan şagirdlərin repetitorlara üz tutması ilə nəticələnir.

“Müəllimlərə və tibb işçilərinə güzəştli mənzillər verilsin”

Ombudsman azı 15 il ümumtəhsil məktəbində müəllim və ya tibb müəssisələrində həkim işləyən şəxslərə ipoteka kreditinin verilməsinə güzəştlərin tətbiq edilməsini də təklif edib. O, bununla bağlı İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı qaydalara dəyişiklik edilməsini zəruri sayır.

“Pulsuz verilən dərmanların siyahısı genişləndirilməlidir”

Məruzədə qeyd edilir ki, dövlət hesabına dərman preparatları ilə təmin edilən, imtiyazlı qruplardan olan vətəndaşların şikayəti dərman preparatlarının növlərinin, əvəzedicilərinin az olması və ya olmaması barədədir. Ombudsman “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nda dövriyyədən çıxarılmışların yeni tövsiyə edilən dərmanlarla əvəz olunmasının zəruri olduğunu bildirib. O, xüsusilə hepatit, şəkərli diabet, hemofiliya və talassemiya xəstələrinin də xüsusi nəzərə alınmasının vacib olduğunu qeyd edib.

Ombudsmanın məruzəsində vurğulanıb ki, təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil edilən “B” və “C” hepatit xəstəliyinin müalicəsinin təşkili məqsədilə daxil olan müraciətlər Səhiyyə Nazirliyinin bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə kommisiyaya göndərilib, həmin şəxslər müalicəyə cəlb edilib: “Belə xəstələrin dərman preparatları ilə təmin olunması üçün müvafiq siyahısının genişləndirilməsi məqsədəuyğundur”.

“Qeysəriyyə əməliyyatından daha çox qazanc üsulu kimi istifadə edilir”

Ana və körpələrin sağlamlığının qorunması sahəsində ciddi məsələlərdən biri əksər tibb ocaqlarında, xüsusilə tibb müəssisələrində qeysəriyyə əməliyyatına üstünlük verilməsidir. Məruzədə vurğulanır ki, bu cərrahi müdaxilə həyati tibbi göstəriş olduğu hallar istisna olmaqla, bir çox halda asan seçim yolu və daha çox qazanc üsulu kimi istifadə edilir:

“Bu da istər bilavasitə, istərsə də ana və uşaqların sağlamlığının təhlükələrlə üzləşməsinə səbəb olur”.

“Yol polisləri barədə təsirli tədbirlər görülməlidir”

Ombudsman yol polisləri ilə bağlı problemlərin həlli üçün təsirli tədbirlər görülməsini vacib sayır:

“Dövlət Yol Polisi ilə bağlı şikayətlərdə öz əksini tapmış halların yoxlanılması məqsədilə aparılmış araşdırmalar üzrə qanuna uyğun tədbirlər görülüb. Şikayətlərin təhlili bu sahədə olan bir sıra problemin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir”.

“KİV-lər uşaqların hüququnu pozur”

İllik məruzədə müxtəlif məqsədlər naminə vətəndaşları təhdid edən KİV-lər də tənqid edilib. Qeyd edilib ki, bəzi qeyri-peşəkar jurnalistlər tərəfindən mətbuatda nəinki həqiqətə uyğun olmayan, hətta şantaj, rüsvayedici və böhtan xarakterli yazıların dərc edilməsi peşə etikasına zidd olmaqla yanaşı, həm də qanunvericiliyin tələblərinin pozulmasıdır: “Mətbuatda, xüsusilə də elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə zorakılığı nümayiş etdirən, xüsusilə uşaqlar və qadınlar barədə “görüntülü”, bir çox hallarda saxta məlumatlardan istifadə edilməsi yolverilməzdir. Bu məlumatlar ictimai qınaqlara səbəb olsa da, zorakılığın təbliğinə də yol açır. Belə məlumatların

oxucu cəlb etmək məqsədilə elektron informasiya resursları tərəfindən yayımlanması,

habelə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilməsi, insanların şərəf və ləyaqətinin alçaldılmasına,

şəxsi və ailə həyatına müdaxiləyə, ailələrin dağılmasına,

cinayətlə nəticələnən məişət zorakılığına,

insanların hüquq və azadlıqlarının pozulmasına səbəb olur”

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil bildirib ki, daxil olan müraciətlərlə yanaşı, mətbuatda yer alan məlumatlar əsasında da uşaq hüquqlarının pozuntusu ilə bağlı araşdırmalar aparır. O bildirilib ki, televiziyada uşaqların psixikasına zərər gətirə biləcək məlumatların qanunla müəyyən olunan vaxtlarda verilməsi və ya xüsusi qeydlərlə göstərilməsi ilə bağlı müvafiq qurumlara müraciət edilib.

Müvəkkil uşaqların kütləvi informasiya vasitələri, internet saytları və digər vasitələrlə əldə etdikləri zərərli məlumatın onların psixoloji inkişafına vurduğu zərərin,

həmçinin KİV-də uşaqların hüquqlarının pozulması hallarının qarşısını almaq məqsədilə media sahəsində mövcud olan qanunlara əlavə və dəyişikliklərin edilməsini təklif edib.

Müzakirələrdən sonra məruzə səsə qoyularaq təsdiqlənib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button