Now Reading:
In Çin lideri ilə görüşdü

Şimali Koreya lideri Kim Çen In hakimiyyətdə olduğu dövrdə ilk dəfə xarici səfərə gedib.

Oxu.Az-ın “Sinxua” agentliyinə istinadən xəbərinə görə, Şimali Koreya lideri Çində səfərdə olub.

ÇXR rəhbəri Si Cinpinlə görüş zamanı o, iki ölkə arasında əbədi dostluq barədə əminlik alıb.

İki dövlət başçısının danışıqları zamanı Si Cinpin bəyan edib ki, ölkələr arasında dost münasibətlər strateji əhəmiyyət daşıyır və heç bir xarici amil bunu dəyişməməlidir.

Çin lideri bildirib ki, Koreya yarımadasında son illərdə əhəmiyyətli dəyişikliklər baş verib, ÇXR Şimali Koreyanın bunun üçün göstərdiyi səyləri yüksək qiymətləndirir.

Kim Çen In Cənubi Koreya və ABŞ-la dialoqa hazır olduğunu bəyan edib. Lakin qeyd edib ki, danışıqlar yalnız rəsmi Vaşinqton və Seulun ardıcıl səyləri nəticəsində mümkündür. Rəsmi Pxenyan danışıqlarda Pekinin dəstəyinə arxalanır.

Kim Çen In Si Cinpini Şimali Koreyaya səfərə dəvət edib. Çin lideri bu dəvəti qəbul edib.

Qeyd edilir ki, KXDR prezidentinin həyat yoldaşı ilə Çinə səfəri gizli olub.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.