2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İnanclı fəala hökm oxundu

“Bizim nəsildə narkotiklə əlaqəli adam olmadığını Baş prokurorun qardaşı da bilir”

Narkotik ittihamıyla mühakimə olunan inanclı fəal Fəqan Məmmədovun işi üzrə məhkəmə prosesi yekunlaşıb. İyunun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim İlham Mahmudovun sədrliyilə çıxarılan hökmə əsasən, Fəqan Məmmədov 6 il azadlıqdan məhrum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Hökmdən əvvəl Fəqan Məmmədov məhkəmədə son sözünü deyib.

“Mənə qarşı insanlığa sığmayan hərəkətlər ediblər. Sanki erməniyə əsir düşmüşəm. Nə var ki, köynəyə yazı yazılıb. Bizə sual verirlər ki, niyə köynəyinin üstündə “Ya Hüseyn” yazılıb? Bu, onlara xoş gəlmir”, – son sözündə bildirib.

Ona qarşı irəli sürülmüş narkotik ittihamı haqda da danışan Fəqan Məmmədov deyib ki, narkotiklə heç bir əlaqəsi yoxdur:

“Bilməlisiniz ki, məni niyə tutublar. Hökm verən hakimin atasının adı da Hüseyndir. Narkotik ittihamını yüzlərlə adamın gözünün qarşısında mənim boynuma qoyublar. Məni Qaradağ postunda tutublar. Bizim nəsildə narkotiklə əlaqəli adam olmayıb. Bunu Baş prokurorun qardaşı da bilir. Bizi Hüseyn adına görə tutublar…”.

Fəqan Məmmədovun son sözündən sonra hakimlər hökm üçün müşavirəyə gedib. Onlar müşavirə otağında olduğu müddətdə məhkəmə zalında Fəqan Məmmədovla atası arasında kiçik dialoq olub.

“Sənin danışdıqlarını – İmamı, Hüseyni heç kim dərk eləmir burada. Ondansa, de ki, bir səhvdir, eləmişəm, qədərdir, bağışlayın. Bəlkə insafa gəldilər. Bir saatdı niyə dindən danışırsan? Kimin üçün danışırsan?”, – atası ona belə deyib.

İnanclı fəal belə cavab verib:
“Mən nə səhv eləmişəm, ay ata? Səhvi bunlar ediblər. Qoy, bunlar üzr istəsin…”.

Müşavirədən sonra Fəqan Məmmədov haqqında 6 illik həbs hökmü elan edilib.

Fəqan Məmmədova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham irəli sürülüb. İttihama əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları inanclı fəalı saxlayıb, baxış zamanı onun üzərindən 4 bükümdə 8 qram metamfetamin (“şüşə”, “patı”) tapılıb.

1986-cı il təvəllüdlü Fəqan Məmmədov məhkəmədə ifadəsində bildirib ki, Aşura tədbirləri üçün Bakıdan Gəncəyə üstündə “Ya Hüseyn” yazılmış köynəklər apardığına görə narkotiklə şərlənərək həbs olunub:

“Əslində, məni yox, İmam Hüseyn məktəbini şərləyib bu sistem. Bu, mənim şəxsimə deyil, eyni zamanda, İslama olan haqsızlıqdı”.

Onun sözlərinə görə, 2 sentyabr 2021-ci ildə dostu Arif Orucov və Ümid Zalovla birlikdə saxlanılıb. Yaxınları sonradan onların Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığını öyrənib.

“Məni üzüstə yerə uzadıb, kürəyimi təpikləyirdilər. Saatlarla bu vəziyyətdə işgəncə verirdilər. Mənə tok verirdilər”, – inanclı fəal məhkəmədə bildirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button