Loading...
Loading...
24 saat

İnanclı qadınlar xalqı 7 oktyabr mitinqinə çağırdı

Müsәlman Birliyi Hәrәkatının Qadınlar Qolu 7 oktyabr mitinqindә iştirak üçün ictimaiyyәtә çağırış edib. Azadliq.info-ya göndәrilәn çağırışda deyilir:

“Әziz bacılar, qardaslar! Sabahkı mitinqdә iştirak etmәk hәr bir azәrbaycanlının vәtәndaşllıq vә vicdan borcudur. Hakimiyyәt 23 sentyabr mitinqindәn bәrk qorxub. Gәlin birlәşәk, vәhdәt quraq. Sәsimizi ancaq böyük kütlә yaradaraq duyura bilәrik. Әks halda bu zalım rejim bizi hәlә çox sürüyәcәk. Yatmaq vaxtı deyil, qalxıb zülmә etiraz etmәk, sәsimizi dünyaya çatdırmaq vaxtıdır!Xalqımız maddi-mәnәvi iztirab içindәdir. İnsanlarımız azad söz demәk hüququndan istifadә etdiklәri üçün şәrlәnib hәbsә atılr. Heç rәvadırmı buna susub “Allah sәbr versin” deyәk? Allah sәbr vermәsin! Allah bizә haqqı müdafiә etmәk cәsarәti versin. Gәlin gec dә olsa, mәhbuslarımızın, xalqımızın pozulmuş hüquqlarını vәhdәtimizlә bәrpa edәk. 7 oktyabr mitinqindә iştirak edin, vicdan borcunuzu ödәyin!”

 

 

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button