2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

İNANILMAZ! – Qədim mətnləri bərpa edən YENİ SÜNİ ZƏKA

“Google” şikətinə məxsus “DeepMind” laboratoriyasında insan səviyyəsində proqramlaşdırma öyrədilən süni zəkaya daha bir sahəni fəth edib.

Lent.az xəbər verir ki, sözügedən proqramlaşdırma arxeologiya sahəsində də uğura imza atıb.

Belə ki, “DeepMind”ın yaratdığı “Ithaca” adlı yeni süni zəka sistemi qədim mətnləri yüksək dəqiqliklə bərpa edə bilir. Yaradılmış yeni süni zəka sistemi qədim mətnlərin itmiş hissələrini bərpa etməklə yanaşı, onların mənşəyni və tarixini təyin edə bilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bunun üçün “DeepMind” mütəxəssisləri İtaliyadan, Fransadan və Yunanıstandan olan tarixçilərlə birlikdə süni zəka sistemini qədim yunan mətnləri üzrə böyük məlumatlar bazası vasitəsilə təlimatlandırıblar. 

Sözügedən sistem zədələnmiş qədim mətnləri 62% dəqiqliklə bərpa edə, 71% dəqiqliklə onların mənşəyini təyin edə və 30 ilə kimi dəqiqliklə onların tarixlərini təyin edə bilir.

Qeyd edək ki, arxeologiya sahəsində faəliyyət göstərən mütəxəssislər fərdi şəkildə qədim sənədlərin bərpa olunmalarında 25%-lik dəqiqliyə nail olublar. “Ithaca” vasitəsilə isə bu göstəricini 72%-ə yüksəltmək mümkündür. Süni zəka sistemi qədim mətndəki çatışmayan hər bir hissə üçün bir neçə variantı təqdim edir və mütəxəssislər həmin variantlardan birini seçmək imkanına sahib olurlar.

Sistemə digər dəqim dillər – ivrit, qədim mayya dili daxildir. “Ithaca” həm açıq mənbəli koda sahib proqram təminatı formatında, həm də pulsuz veb sayt formatında mövcuddur.

Mütəxəssislər ondan veb sayt formatında istifadə edə bilərlər.

24 saat” “
İNANILMAZ! – Qədim mətnləri bərpa edən YENİ SÜNİ ZƏKA
” başlıqlı yazını “lent.az”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button