2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

İnanmayacaqsınız, amma…. AZAL zərərlə işləyib

“Azərbaycan Hava Yolları” (AZAL) qapalı səhmdar cəmiyyəti (QSC) 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

QSC-nin xalis zərəri 3 faiz azalaraq 76,4 milyon manat olub.

2019-cu ildə şirkət 78,7 milyon manat xalis zərər açıqlamışdı. Ümumilikdə, AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb.

Saytların yığılması Saytlarin yigilmasi

2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar onun birbaşa gəlirləri 1 milyard 8,4 min manatdan (593,1 milyon dollar) 335,2 milyon manata (197,1 milyon dollar) qədər azalıb.

Pandemiya ilə bağlı itkiləri kompensasiya etmək üçün hökumət həmin il aviaşirkətə ümumilikdə 232 milyon manatdan çox subsidiya ödəyib.

Bununla yanaşı, 2020-ci il üçün AZAL-ın əməliyyat xərcləri 540 milyon manatı (317,6 milyon dollar) ötüb.

QSC-nin aktivləri 5 faiz azalaraq 1,978 milyard manata, öhdəlikləri də 1,5 faiz azalaraq 2,757 milyard manata enib.

Hesabatda bildirilir ki, 2021-ci ilin 10 ayı ərzində isə AZAL-ın gəlirləri 383,2 milyon manat təşkil edib.

İqtisadçı rəyi

İqtisadçı Natiq Cəfərli AZAL-ın zərərlə işləməsini qeyri-effektiv idarəetmə ilə əlaqələdirib.

O, deyib ki, bu şirkət Azərbaycanda inhisarçıdır, bilet qiymətləri də həddən ziyadə yüksəkdir.

“Halbuki 2020-ci ildə AZAL hökumətdən COVİD-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb.”- deyə o vurğulayıb.

“24 saat “İnanmayacaqsınız, amma…. AZAL zərərlə işləyib” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button