2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İnauqurasiya tədbirlərində ABŞ-ın birinci xanımlarının libasları — FOTOLAR

 

 

Jaklin Kennedi – 1961-ci il

Saytların yığılması Saytlarin yigilmasi

İki il Amerikanın birinci xanımı ünvanını daşıyan Jaklin Kennedi dəb ikonasına çevrilmişdi. Onu fransız dəbinə olan sevgisinə görə tənqid edirdilər. Bu səbəbdən Jaklin inauqurasiya tədbirinə geyindiyi paltarın eskizlərini özü düşünmüşdü. Paltarı məşhur dərzi Etel Franko tikirdi.

Nensi Reyqan – 1981-ci il və 1985-ci il

Ronald Reyqanın ilk inauqurasiya tədbiri ən bədxərc tədbir kimi tarixə düşüb. Hollivudda aktrisa kimi karyera əldə edən Nensi tədbirin gözü idi. Onun geyindiyi paltar öz dövrü üçün cəsur addım sayılırdı. Paltar dizayner Ceyms Qalanos tərəfindən hazırlanmışdı. Nensi bu libas üçün 10 min dollar ödəmişdi. Nensinin ikinci inauqurasiyaya (1985-ci il) geyindiyi ağ libas da bahalı idi.

Hillari Klinton – 1993-cü il və 1997-ci il

Hillari həyat yoldaşının uğurunu təkrarlaya bilməsə də, iki müddətə ABŞ-ın birinci xanımı olub. Birinci inauqurasiya tədbirinə geyindiyi paltar qalmaqala səbəb olmuşdu. Paltar dizayner Sara Fillips tərəfindən hazırlanmışdı və Hillarinin konservativ imici ilə uyğunlaşmırdı.

İkinci dəfə isə xanım Hillari Oskar de la Rentin xidmətindən istifadə edir. Oskar amerikansayağı dəbin klassiki sayılır.

Lora Buş – 2001-ci il və 2005-ci il

Oğul Corc Buşun həyat yoldaşı Lora sadəlik və ciddilik rəmzi sayılırdı. Bu səbəbdən texaslı dizayner Maykl Feyrklotun işi çətin idi. Çünki Loranı üzərinə kristal rubinlər bənd edilmiş bal paltarını geyinməyə razı salmaq üçün dilə tutmaq lazım idi. Paltar çox parlaq görünürdü.

Loraya qədər heç bir birinci xanım inauqurasiya tədbirinə qırmızı paltar geyinməmişdi. İkinci inauqurasiyaya isə birinci xanım de la Rentin təklif etdiyi paltarı geyinir.

Mişel Obama – 2009-cu il və 2013-cü il

Mişel Obala Amerika dizaynerlərinə sadiq qalıb və bunu hər dəfə nümayiş etdirməkdən çəkinməyib. Birinci inauqurasiya tədbirinə xanım Obama Nyu-Yorklu dizayner Ceyson Vunun (Tayvan əsilli) paltarından istifadə edir. Çiyni açıq paltarı tənqidçilər birinci xanımdan çox, gəlinə uyğun görmüşdülər. Maraqlıdır ki, Vu bu barədə xəbəri televizordan eşidir. İkinci inauqurasiyaya isə Mişel Obama yenə də Vunun köməyindən istifadə edir.

Hikmət
Ölkə.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button