Bizim tərcüməDünya

İndi ay düşünsün! Yapon milyarder Maezawa 2023-cü ildə Ay səyahətinin sərnişinlərini açıqladı: Onların arasında K-Pop sənətçisi də var

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Yapon milyarder Maezawa Yusaku 2023-cü ildə SpaceX raketi ilə xüsusi Ay səyahətinə qatılacaq 8 nəfəri açıqlayıb. Maezawa Twitter-dəki paylaşımında 2023-cü ildə Aya turistik “dearMoon” turunda onu müşayiət edəcək sərnişinləri rəsmi olaraq açıqlayıb.

Açıqlamaya görə, 1 milyona yaxın müraciət alan tura K-Pop artisti Choi Seung Hyun və ABŞ disk-jokeyi Stiv Aoki qatılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Kabin heyətinə irlandiyalı fotoqraf Rhainnon Adam, hind aktyoru Dev Coşi və ABŞ video məzmun prodüseri Tim Dod daxildir.

Komandada britaniyalı fotoqraf Kərim İliya, ABŞ kinorejissoru Brendan Holl və çexiyalı art-direktor Yemi Akinyemi Dele də var.

Açıqlamaya görə, turun ehtiyat ekipaj üzvləri yapon rəqqasə Miyu və ABŞ-dan qar xizəkçisi Kaytlin Farrinqton olacaq.

Milyarder 2023-cü ildə Aya səyahətin pulunu Amerika kosmik gəmi istehsalçısı SpaceX raketi ilə ödəyəcək.

47 yaşlı yapon Maezava keçən il etdiyi səyahətlə “Aya gedən ilk Yapon mülki vətəndaşı” oldu. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button