Cəmiyyət
“İndi Azərbaycan toyları belə keçir…” – Ukrayna səfiri “Славна Україна” oxunan toydan görüntülər paylaşdı – VİDEO

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan toyundan görüntülər paylaşıb.
Məclisdə ukraynalılara aid himn səsləndirilib.
Feysbuk səhifəsində toydan kadrlar paylaşan diplomat yazıb:
“İndi Azərbaycan toyları belə keçir…”.
Qeyd edək ki, Azərbaycan toyunda oxudulan mahnı sovet rejiminə qarşı mübarizə aparan gizli Ukrayna Millətçiləri Təşkilatı (1929-1950-ci illər) və Ukrayna Üsyan Ordusunun (1942-1949) varisi olduğu Ukrayna Seç Atıcılarının (USA; 1914-1918) “Çervona kalina” marşıdır. USA Avstriya-Macarıstan ordusunun tərkibində Ukrayna milli hərbi birləşməsi olub.