Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

İndi də düyü dərdi çəkək?

Bu gün – sentyabrın 9-dan Hindistan bir neçə düyü növünün ixracına nəzarət tətbiq etməyə başlayıb. “Financial Times” qəzeti bu addımın qlobal bazara təsir göstərə biləcəyini yazır.

Hindistan dünyada ən böyük düyü ixracatçısıdır, qlobal ticarətin 40 faizə yaxınını təşkil edir. Təmizlənməmiş ağ düyü, təmizlənmiş qəhvəyi düyü, yarıtəmizlənmiş, yaxud tam təmizlənmiş düyü ixracına 20 faizlik rüsum qoyulub. Qadağa Hindistanın məşhur basmati düyüsünə aid deyil.

Sentyabrın 8-də axşam açıqlama yayan maliyyə nazirliyi bu addımı “dərhal tədbir tələb edən şərait”lə izah edib.

Baş nazir Narendra Modi hökuməti ərzaq təhlükəsizliyini gücləndirmək və inflyasiyanı cilovlamaq üçün tədbirlər görür. Covid-19 pandemiyası və Ukraynada müharibənin təchizat zəncirində yaratdığı pozuntular son məsələlərlə bağlı gərginlik yaradıb.

Hindistan Beynəlxalq İqtisadi Əlaqələr üzrə Tədqiqat Şurasının professoru Aşok Qulati qəzetə deyib ki, ixrac məhdudiyyətləri “dənli bitkilər üzrə daxili inflyasiyanın səngiməsinə kömək edəcək”.

Hindistan Beynəlxalq İqtisadi Əlaqələr üzrə Tədqiqat Şurasının professoru Aşok Qulati qəzetə deyib ki, ixrac məhdudiyyətləri “dənli bitkilər üzrə daxili inflyasiyanın səngiməsinə kömək edəcək”.

“Financial Times” bu il Hindistanda musson yağışlarının qeyri-sabit yağdığını, bunun da düyü istehsalında azalmaya səbəb ola biləcəyi sarıdan narahatlığa rəvac verdiyini qeyd edir. İnflyasiya 7 faizə yaxındır, baxmayaraq ki, Hindistan Ehtiyat Bankı 4-6 faizlik hədəf qoyub.

Hindistan 2020-2021 maliyyə ilində 8.8 milyard dollarlıq düyü ixrac edib. Qeyri-basmati düyüsünün ən böyük bazarları Nepal, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Malayziya və qərbi Afrikadır.

Düyü ixracı üzrə növbəti yerləri tutan Vyetnam və Tailandın isə taxıl ixracını artıracağı gözlənir.

24 saatİndi də düyü dərdi çəkək?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button