Xəbərlər

İndiyə qədər aşkarlanan yoluxma 300 mini keçib

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

2 144 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1 923 nəfər sağalıb.
Bu məlumatı aprelin 18-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 33 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 300 666 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 264 403 nəfər sağalıb, 4 140 nəfər vəfat edib, 32 123 isə aktiv xəstədir”

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 12 184, hazırkı dövrədək isə 3 ümumilikdə 108 924 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24 saat” “İndiyə qədər aşkarlanan yoluxma 300 mini keçib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button