2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

İndoneziya Gürcüstandan korrupsiya ilə mübarizə təcrübəsini öyrənir

Gürcüstanın Ədliyyə nazirinin müavini Georgi Pataridze bu gün İndoneziyanın  İnzibati və Bürokratik İslahatlar Naziri müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir müavini qonaqları korrupsiyaya qarşı mübarizənin Gürcüstan modeli və bir çox beynəlxalq araşdırmalara görə, ölkədə korrupsiya riskini ən aşağı göstəricilərə salan korrupsiyanın qarşısının alınması metodu ilə tanış edib. Trace International tərəfindən aparılan araşdırmaya əsasən, Gürcüstan dünya indeksində korrupsiya riskinə görə 199 ölkə arasında 13-cü sıradadır. O, Fransa, İslandiya, Lüksemburq, İsveçrə, Böyük Britaniya və Avstriya kimi ölkələri qabaqlayır.

Saytların yığılması Saytlarin yigilmasi

Georgi Pataridze vətəndaşların da prosesə daxil edilməsini nəzərdə tutan açıq və hesabatlı idarəetmə sistemindən danışıb.

Nazir müavini qeyd edib ki, xidmətlərin əlçatanlığı və elektron nəzarət ilə yanaşı, antikorrupsiya və hökumətin şəffaflığına yönəlmiş siyasət, beynəlxalq arenada Gürcüstanın uğurlarının əsas amili olmuşdur. Bu yaxınlarda Gürcüstan (OGP) AIT-yə (Açıq İdarəetmə Tərəfdaşlığı) sədrlik etməyə başlayıb və növbəti bir il ərzində 75 ölkənin üzv olduğu təşkilata rəhbərlik edəcəkdir. Nazir müavini qonaqları Açıq İdarəetmə Tərəfdaşlığının sədri olan ölkə kimi Gürcüstanın prioritetləri ilə tanış edib.

Georgi Pataridze Ədliyyə Palatasının və icma mərkəzlərinin konsepsiyasi  haqqında danışıb və qeyd edib ki, rayon mərkəzlərindən kənarda, o cümlədən

ucqar dağ kəndlərində və işğal olunmuş ərazilərdə xidmətlərin əlçatan olması, mövcudluğu Gürcüstan hökumətinin prioritetidir. Onun sözlərinə görə, ictimai mərkəzlərin tikintisi bu bölgələrdə böyük şəhərlərdə olduğu kimi xidmətlərin əlçatanlığını təmin edib.

Ədliyyə Naziri müavininin sözlərinə görə,  elektron idarəetmə də həmçinin Gürcüstan hökumətinin prioritetləri arasındadır. Ictimai informasiya “mygov.ge” portalında elektron variantda mövcuddur, Gürcüstan vətəndaşları evlərini tərk etmədən, internet vasitəsilə bu portaldan istifadə edərək, həm dövlət, həm də özəl sektorların 70-dən çox xidmətlərindən yararlana bilərlər. 

İndoneziya nümayəndə heyətini maraqlandıran digər bir məsələ, kibertəhlükəsizliklə bağlı həyata keçirilən islahatlar idi ki, Gürcüstan bu sahədə 2017-ci il, (NCSI) qlobal təhlükəsizlik indeksində ikinci yeri tutur, və Almaniya, Hollandiya, Latviya, Litva, Polşa və Danimarka kimi ölkələri geridə qoyur.

Tədbirin sonunda, görüş iştirakçıları

Gürcüstanın Ədliyyə Nazirliyi və İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında imzalanacaq memorandumun mətni ilə tanış oldular. İndoneziya hökuməti ölkədə Gürcüstanın islahatlarını həyata keçirmək niyyətindədir.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button