Bizim tərcüməDünya

İndoneziyada zəlzələ baş verib: 46 nəfər ölüb, 700 nəfər yaralanıb

İndoneziyanın Qərbi Yava əyalətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində azı 56 nəfər həlak olub.

ABŞ Geoloji Xidməti (USGS) Cirancang şəhərindən 18 kilometr cənub-qərbdə baş verən zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

Milli Fəlakət Agentliyindən verilən açıqlamaya görə, Qərbi Yava valisi Ridvan Kamil zəlzələdə ən azı 56 nəfərin öldüyünü, 700 nəfərin isə yaralandığını təsdiqləyib.

Şiddətli zəlzələ nəticəsində xəstəxana və məktəblər də daxil olmaqla bir çox binanın dağıldığı bildirilib.

j3

Cianjur bölgə rəsmisi Herman Suherman da Sayang xəstəxanasında elektrik kəsildiyini və bu səbəbdən xəstələrin əməliyyat oluna bilməyəcəyini bildirib.

Paytaxt Cakartada bir neçə saniyəlik sarsıntıya səbəb olduğu qeyd edilən zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  İran etirazlarında öldürülən 43 uşaqdan birinin 9 yaşı vardı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button