2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İnfarkt qan qrupundan asılıdırmı?

“The Telegraph” qəzetində Sophie Jamieson yeni araşdırmanın nəticələrinə istinadən yazır ki, 1-ci (0) qan qrupuna mənsub olmayan şəxslər daha yüksək infarkt və ya beynə qan sızması riskinə malikdirlər.

Britaniyada insanların təxminən yarısı, daha dəqiq deyilərsə, 48 faizi 1-ci qan qrupuna aiddir.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin 1,3 milyon insanın xəstəlik tarixlərinin öyrənilməsi göstərib ki, 2, 3 və 4-cü qrupa (A, B və AB) daxil olanlar 1-ci qan qrupu ilə müqayisədə ürək və qan-damar xəstəliklərinə tutulmağa azacıq daha meyllidirlər.

Alimlərin fikrincə, bunun səbəbi 1-ci qrupdan başqa qan qrupunda olanların qanlarında laxtalanma yaradan zülalların miqdarının daha çox olması ola bilər.

Hollandiyadakı Groningen Universiteti Tibb Mərkəzinin professoru və bu araşdırmanın müəllifi Tessa Kole deyir ki, kardiovaskulyar xəstəliklərin riski qiymətləndirilərkən qan qruplarına diqqət yetirilməsi mühümdür.

Tədqiqatlar göstərib ki, 1-cü qan qrupuna aid hər 1000 insandan 14-ü infarkt keçirib. Başqa qruplar üçün bu rəqəm 15 olub.

“The Telegraph” yazır ki, fərq çox cüzi görünə bilər, lakin ümumi əhali arasındakı faiz hesablamalarına görə bu, əhəmiyyətli rəqəmdir. Başqa sözlərlə əhalinin 52 faizi daha yüksək risk qrupuna daxildir.

Həkimlər deyirlər ki, ürək və qan-damar xəstəliklərinin ən yaxşı profilaktikası sağlam qidalanma, siqaretin tərgidilməsi və idmandır.

Britaniya Ürək Fondunun direktorlarından Mike Knapton deyib ki, əksər adamlar üçün risk elementi yaş və genetika kimi dəyişməz faktorlarla bağlıdır.

Lakin alimin dediyinə görə, bu riskə dəyişdirilməsi mümkün olan faktorlar da daxildir. Söhbət ilk növbədə qidalanma, çəki, siqaret, qan təzyiqi, xolesterol və diabetdən gedir.

Doktor deyir ki, bu araşdırmanın nəticəsi 1-ci qan qrupuna daxil insanları arxayınlaşdırmamalıdır.

Onlar da başqaları kimi öz sağlamlıqlarının qeydinə qalmalıdırlar.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button