2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

İnformasiya istehlakçılarının hüquqlarını qoruyacaq QHT yaradılıb

Azərbaycanda informasiya istehlakçılarının hüquqlarını qoruyacaq qeyri-hökumət təşkilatı yaradılıb.

Təşkilatın təsisçilərindən biri, hüquqşünas Mehman Muradlı bildirib ki, günü-gündən artan internet informasiya resursları bəzən idarəedilməz səviyyəyə gəlib çatır və müharibə şəraitində olan Azərbaycan Respublikasını ciddi zərbə altında qoyur. `Bu məsələdən təkcə dövlət deyil, vətəndaşlar da ciddi əziyyət çəkir. Biz, bir qrup hüquqşunas və mətbuat nümayəndələri belə qərara gəldik ki, bu cür “informasiyaların” dövlətimizə və vətəndalarımıza vura biləcəyi zərbələri önləmək üçün “İnformasiya İstehlakçılarının Hüquqlarının Müdafiəsi” İctimai Birliyini yaradaq`,- deyə Muradlı bildirib.

O qeyd edib ki, İctimai Birliyin əsas məqsədi yalan və heç bir əsası olmayan informasiyaların qarşısını hüquqi yolla almaqdan və bu məsələdə dövlətin, vətəndaşların mənafeyini qorumaqdan ibarətdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda Azərbaycanda informasiya istehlakçılarının hüquqlarının durmadan pozulduğu vurğulayan Muradlı deyib: “İnformasiya resursları nə vaxt məhkəmələrə cəlb olunurlar? Konkret bir şəxsin işğüzar nüfuzuna xələl yetiriləndə, hansısa vətəndaşın şərəf və ləyaqətinə toxunan yazılar yayımlananda. Lakin informasiya resursları yaydıqları yalan xəbərlə bütövlükdə cəmiyyətə vurduqları ziyana görə heç vaxt məsuliyyət daşımayıblar. Bəzi saytlar aldadıcı başlıqlar qoyub yaydıqları yalan xəbərləri insanlara oxutdurmağa çalışırlar. Vətəndaş narahatlıq içində həmin xəbərə göz gəzdirir və məlum olur ki, boş yerə vaxt itirib, əslində başlığın xəbərə heç bir aidiyyatı yoxdur. Bəzən isə illər əvvəl baş vermiş bir hadisə yeni xəbər kimi təqdim olunur”. //azvision.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button