2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislər üçün keçirilən CTF2022 müsabiqəsinin qalibləri müəyyən edildi

    10 iyun 2022-ci il tarixində HYATT REGENCY otelində CTF (Capture the flag) müsabiqəsinin qaliblərinin mükafatlandırması mərasimi keçirilmişdir. Müsabiqə çərçivəsində ölkə üzrə  kibertəhlükəsizlik mütəxəssislərinə öz güclərini sınaya bilməsi üçün imkan yaradılmışdır. CTF formatı mütəxəssislərin kompüter sistemlərinə hücum və mühafizəsi üzrə bacarıq və səriştələrini qiymətləndirməyə imkan verir.

    Müsabiqənin təşəbbüskarları olan SmartIT şirkətinin rəhbəri Qurban Zeynalov və Kapital Bank CyberSecurity şöbəsinin müdiri Çingiz Səfərli müsabiqə iştirakçılarının həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf etdiyini, yaxşı hazırlıq səviyyələrinin olmasını vurğulamışlar.

Saytların yığılması Saytlarin yigilmasi

    İştirakçılara informasiya təhlükəsizliyi məsələlri üzrə əhatəli master-klass keçirilmişdir.

    Kibertəhlükəsizliyin aktual mövzularına dair aktiv müzakirələr, fikir və həlli yolları mübadiləsi aparılmışdır.

    Müsabiqədə 50-dən artıq komanda iştirak etmiş və nəticədə üçüncü yerin sahibi “v.txt” komandası, ikinci yerin sahibi “NULL Team” komandası, birinci yerin sahibi isə “n0_pwn1c” komandası olmuşdur. Qaliblər rəsmi diplomla təltif edilmiş və hədiyyələrlə mükafatlandırılmışdır.

    Artıq dördüncü dəfə keçirilən tədbir nəinki ölkədə olan ən perspektivli informasiya təhlükəsizliyi mütəxəssislərinin müəyyən edilməsinə yardım edir, həmçinin də görüş və fikir mübadiləsi yeri, informasiya təhlükəsizliyi ilə bağlı sahələrdə bazar və texnologiyaların inkişafı haqqında ən etibarlı məlumatların əldə edilməsi mənbəyidir.

    Yarışın təşkilatçıları “SmartIT” şirkəti və “Kapital Bank Cybersecurity” Komandası, tərəfdaşları isə “BAKOTECH” və “SOFTPROM” şirkətləri olmuşdur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button