2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İngilis səfirindən “tətilə Türkiyəyə gəlin” çağırışı

İngiltərənin Ankara səfiri Riçard Mur ingilis vətəndaşların Türkiyəyə tətilə gəlməsini dəstəklədiklərini bildirib. Ölkəsinin vətəndaşlarına çağırış edən səfir Mur “Türkiyəyə gəlin, çox əylənəcəksiniz, amma lütfən, bəzi məsələlərə diqqət edin ” söyləyib.

Fəthiyə kaymakamı Əkrəm Çalıkı ziyarət edən səfir Mur Fəthiyəni çox sevdiyini, bura tətil üçün dəfələrlə səfər etdiyini deyib. Turizm mövsümündən əvvəl Antalya və Muğladakı səlahiyyətlilərlə ingilis turistlərin təhlükəsizliyi üçün görüşdüyünü bildirən Mur bunları deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Türkiyəyə gəlin, çox əylənəcəksiniz, amma lütfən, bəzi məsələlərə diqqət edin. Vətəndaşlarımızın Türkiyəyə gəlməsini dəstəkləyirik. Türkiyə çox çətin bir dövrdən keçdi. Xüsusilə, 2016-cı ildə həm terror hücumları, həm də qorxunc çevriliş cəhdi oldu. Bu səbəblə bəzi turistlər çəkinir. Bir az narahatdırlar. Lakin Türk səlahiyyətlilərin bütün tədbirləri gördüyünü demək istəyirəm.”

Səfir Mur 2015-ci ildə 2,5 milyon ingilisin Türkiyəyə gəldiyini xatırladaraq, keçən il bir az eniş yaşandığını, bu il daha yaxşı olacağını və ingilislərin yavaş-yavaş geri dönəcəyini deyib.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button