İqtisadiyyat

İngiltərədə məşğulluq pandemiyadan əvvəlki səviyyələrə qayıtdı

Tamara Mustafayeva, Banco.az

İngiltərədə məşğulluq pandemiyadan əvvəlki səviyyələrə çatıb. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, İngiltərədə məşğulluq səviyyəsi ötən ay vaksinasiya prosesinin rekord vurması ilə yenidən yüksəlib.

İngiltərə Statistika Komitəsinin məlumatına görə, avqust ayı üzrə məşğulluq göstəricisi 241 min artımla rekorda imza atıb. Vakant iş yerlərinin sayı isə iyun-avqust ərzində 35% artmaqla ilk dəfə 1 milyon həddini keçərək 1,03 milyona çatıb.

Məlumatlara əsasən ölkədə işsiz əhalinin sayı iyula qədərki üç ay ərzində 86 min nəfər azalıb. İşsizlik nisbəti də 4,7%-dən 4,6%-ə geriləyib.

Qeyd edək ki, açıqlanan bu göstəricilər yoluxma sayının artmasına və tədarük problemlərinin iqtisadi artıma təzyiq göstərməsinə baxmayaraq əmək bazarının yay aylarında canlandığını göstərir.

Instagram

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button