2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

İnhisarçıların siqaret oyunu

Son vaxtlar siqaretin qiymətinin “oynaması” adət halına çevrilib. Ay ərzində az qala 3-5 dəfə siqaretin qiymətinin qalxıb-enməsi ictimaiyyətdə narazılıq yaradıb. İki gün əvvəl də Bakı şəhərinin pərakəndə ticarət obyektlərində siqaretlərin qiymətində mütəşəkkil qaydada artım müşahidə olunub. Satış məntəqələrində həm yerli istehsal, həm də idxal olunan siqaretlərin 1 qutusu 20-50 qəpik arasında bahalaşıb. Ekspertlər bu sahədə monopoliya olduğunu istisna etmirlər. Yəni siqaret biznesi ilə məşğul olan şirkətlər bu məhsulun qiymətlərini istədikləri kimi idarə edə bilirlər.

Siqaret biznesində monopoliyaya nəzarət mexanizmi güclənmədikcə, bir o qədər qiymətdə “oynama”lar davam edəcək. Əks təqdirdə, bu sahədən daha çox gəlir əldə etmək istəyən iş adamları sui-istifadə hallarına yol vermiş olacaqlar. Çünki siqaretə aludə olanlar qiymət nə qədər bahalaşsa da, vərdişindən əl çəkməyəcəklər. Əksinə, müəyyən tələbatından kəsərək, vərdiş etdiyi siqareti nəyin bahasına olursa olsun, almaqda davam edəcəklər. Bəzi iqtisadçıların fikrincə, siqaret istehsal edən şirkətlər məhsulun qiymətini dolların qiymətinə görə təyin edir. Siqaret Azərbaycanda istehsal olunsa da, onun tərkibinə qatılan komponentlər xaricdən gətirilir. Siqaretlərin bahalaşmasına dolların manata nisbətən ucuzlaşması təsir göstərir. Şirkətlər görəndə ki, dolların qiyməti qalxır, məcbur olub istehsal etdiyi məhsulun qiymətini qaldırır. Çünki şirkətlər dolları qara bazardan alır.

Saytların yığılması Saytlarin yigilmasi

İqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət”qəzetinə bildirib ki, siqaret biznesi ilə məşğul olan şirkətlər bu sahədə rəqabətli mühit yaratmalı və iqtisadiyyata təsir etməlidir. Bütün sahələrdə – idxaldan istehsala qədər inhisarçılıq mövcuddur. Yəni, istehsalda olan inhisarçılıq özünü daha qabarıq göstərdi. 2012-ci ildə metal istehsalçılarına qarşı qeyri hücumlar təşkil olundu. “Tütün məmulatları” haqqında Azərbaycan Respublikasının Qanunu var. Hökumət tütünçülüyü inkişaf etdirmək üçün bir çox dövlət proqramları qəbul edib. İnvestisiya qoymaq və kənd təsərrüfatını inkişaf etdirmək üçün addımlar atılır. Azərbaycanda əsas istehsalçı bir tütün fabrikidir. O da hesabatlarında göstərir ki, xaricdən də məhsul alır. Yəni, xammal alır və qiymət artımını onunla əsaslandırır. Burada hökumət kompleks yanaşma sərgiləməlidir. Daha çox iqtisadi rəqabəti artırmaq və istehsalçının bu işlə məşğul olması üçün lisenziyaları sadələşdirməlidir. Eləcə də gömrük məbləğini azaltmalıdır. Eyni zamanda digər istehsalçıların Azərbaycan bazarında işləmələrinə şərait yaratmalıdır”.

Ekspert əlavə edib ki, hökumət stimullaşdırıcı addımlar atsa, qiymət optimallaşacaq: “Qiymət artımını təkcə inhisarçılıqla əlaqələndirmək də doğru deyil. Daxildə kifayət qədər maliyyə çatışmazlığı var ki, sahibkar əlavə bir müəssisə qurduqda, hesab açdıqda onun ucuz eskizlərə çıxışı olmalıdır. Təəssüf ki, Azərbaycanda kredit resursları çox baha olduğundan istənilən sahəyə vəsait artırmaq çətinləşir. Bu da rəqabəti obyektiv olaraq məhdudlaşdırmağa gətirib çıxarır”.

Nazim Bəydərmirli hesab edir ki, dövlət qiymətə qarışmalı deyil: “Liberal, bazar iqtisadiyyatında hökumətin hər hansı bir qiyməti tənzimləməyə haqqı yoxdur. Tarif Şurası qiyməti tənzimləyir, o vaxt ki, onu dövlət, dövlət müəssisələri və enerji daşıyıcıları təklif edir. Təbii inhisarçılıq mövcuddur. Əslində orada da xidmətləri şaxələndirməklə qiymətlərə təsir etmək mümkündür. Enerji daşıyıcılarının qiymətləri hansı ki, dövlət tərəfindən tənzimlənir, onlar da ədalətli deyil. Orada da bazar iştirakçıları azdır deyə, qiymətlər də vətəndaşlarımızı qane etmir. Bazar iqtisadiyyatı daha çox işləməlidir. Dövlət qiymət tənzimləməsinə qalxmamalıdır”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. 2030-cu ilə qədər isə ölənlərin sayının 8 milyondan çox olacağı gözlənilir. Hesablamalara görə, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi proqnozlaşdırılır. Təşkilat hesablayıb ki, 2030-cu ilə qədər hər il bu rəqəm dünyada 10 milyon nəfərə çatacaq. Tütündən istifadənin getdikcə artmasına, dünya səviyyəsində insan sağlamlığının təhlükəli həddə çatmasına və tütün şirkətlərinin bazar yaratma strategiyalarına qarşı ÜST-nin 56-cı Ümumdünya Səhiyyə Assambleyasında 21 may 2003-cü il tarixdə bu mövzuda ilk millətlərarası razılaşma xüsusiyyətlərini daşıyan “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyası imzalanıb. Azərbaycan 2005-ci ilin 01 noyabr tarixində sənədi ratifikasiya edib. 2011-ci ildə isə ölkədə tütünə qarşı mübarizə üzrə milli strategiya layihəsi hazırlanıb. Bütün bunlara baxmayaraq, hələ də ölkəmiz tütün istehlakına görə öncül yerlərdədir.

 

Cebhe.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button