İqtisadiyyat

İnkişaf etmiş ölkələrin kommersiya neft ehtiyatları beşillik minimuma enib

Bu ilin iyul ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrinin kommersiya neft və neft məhsulları ehtiyatları 34,4 mln. barel azalaraq 185,7 mlrd. barelə düşüb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Məlumata görə, qeydə alınan həcmlər son beş ildə müşahidə edilən orta göstəricidən aşağıdır.

Qeyd olunur ki, əvvəl “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının əsas məqsədi kimi, qlobal neft kommersiya neft və neft məhsulları ehtiyatlarının həcmini son beşillik orta göstəriciyədək çatdırmaq qeydə alınıb. Lakin 2020-ci ildə qlobal kommersiya neft ehtiyatlarının anomal yüksək səviyyədə olduğundan 2021-ci ildən razılaşma iştirakçıları tərəfindən əsas kimi 2015-2019-cu illərdə qeydə alınan orta göstəricilər götürülür.

APA

Instagram

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button