2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘İnsan haqları müdafiəçilərinə sahə daralıb’

Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks insan haqları qruplarının fəaliyyət sahəsinin daraması ilə bağlı narahatlığını ifadə edib.

O, qeyd edib ki, son illərdə bir neçə Avropa ölkəsində birləşmək azadlığına dair geriləmələr müşahidə olunur.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu ölkələrdə artan təzyiq və əngəllər müxtəlif formalarda üzə çıxır. Leqal və administrativ məhdudiyyətlər baş verir. Yeni məhdudlaşdırıcı qaydalara əməl olunmamasına görə, cinayət ittihamları da daxil olmaqla məhkəmə təqibləri və sanksiyalar işə düşür. Qarayaxma kampaniyaları, təhdid və hətta fiziki zorakılıq baş verir. Bəzi hallarda ictimai-siyasi mühit o qədər bərbad olur ki, insan haqları fəalları ya kənara, ya da yeraltına çəkilməyə vadar olur”.

Nils Muiznieks-in bu gün, aprelin 5-də komissarlığın səhifəsində yayılan məqaləsində Azərbaycana da yer verib. İnsan haqları komissarı Azərbaycanda QHT-lərə basqıları pisləyib.

“2014-cü ilin yayında Azərbaycan hökuməti nüfuzlu insan haqları müdafiəçilərinə və sivil fəallara qarşı genişmiqyaslı repressiyalara başlayıb və onların çoxu saxta cinayət ittihamları ilə həbs edilib. İnsan haqları müdafiəçilərinə “vətən xaini” və “xarici agent” damğası vurulub. 2016-cı ildə bir neçə fəal azad edilsə də, digərləri, hələ də həbsdə qalır”, insan haqları komissarı məqaləsində qeyd edib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button