Xəbərlər

İnsan Hüquqları Gününə dair Müsabiqə

Loading...

Avropa İttifaqı (Aİ) Nümayəndəliyi 10 Dekabr, İnsan Hüquqları Gününü qeyd etmək və hər kəsin insan hüquqları haqqında məlumatlılığını artırmaq üçün video müsabiqə təşkil edir. 14-18 yaş arasında olan iştirakçılar fərdi və ya qrup şəklində insan hüquqları mövzusunda 2-4 dəqiqəlik video klip hazırlamağa dəvət olunurlar.

Münsiflər heyəti ən çox bəyənilən üç videonu seçəcək. Videolar uşaq və gənclər də daxil olmaqla, hər kəsin insan hüquqlarına hörmət edilməsinin vacibliyi haqqında məlumatlandırmanın artırılması baxımından onların səmərəliliyinə; orijinallıq və yaradıcılığına; və video keyfiyyətinə görə qiymətləndiriləcək.

Avropa İttifaqı Nümayəndəliyi birinci yerin qalibinə GoPro video kamerasını hədiyyə edəcəkdir. Müsabiqədənin 2-ci və 3-cü yerlərinin qaliblərinə müvafiq olaraq iPad və eBook reader hədiyyə olunacaqdır. Qalib videoları təqdim edən komandalar 2021-ci ilin dekabr ayında karantin şərtlərinə uyğun olaraq təşkil ediləcək tədbirdə mükafatlandırılacaqlar.

Üç qalib video Aİ Nümayəndəliyinin onlayn platformalarında paylaşılacaq. Aİ Nümayəndəliyi tərəfindən göstərilən səyləri qiymətləndirmək üçün bütün iştirakçılara sertifikatlar veriləcəkdir.

Təqdim olunan video ilə bərabər ərizə forması və videonun ingilis dilində qısa məsmuzu WeTransfer vasitəsilə delegation-azerbaijan@eeas.europa.eu poçt qutusuna 25 Noyabr 2021 tarixinə qədər göndərilməlidir.

Video Azərbaycan və ya ingilis dilində ola bilər. Videoda görüntüsü olan 18 yaşından kiçik şəxslər üçün valideyn və ya qəyyumdan yazılı icazə daxil edilməlidir. 

Ərizə forması və Müsabiqənin Rəsmi Qaydaları ilə Aİ Nümayəndəliyinin internet səhifəsindən tanış ola bilərsiniz. 

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button