2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

İnsan sivilizasiyası Kardaşev şkalası üzrə I tip sivilizasiya səviyyəsinə nə zaman çatacaq?

    Kaliforniya Texnologiya İnstitutunun alimləri öz yeni elmi işlərində bizim sivilizasiyanın Kardaşev şkalası üzrə I tip sivilizasiyaya uyğun gələn texnoloji inkişaf səviyyəsinə çatıb-çatmayacağını öyrənməyə çalışıblar. İnsan sivilizasiyasının inkişaf səviyyəsini ölçmək üçün nəzərdə tutulmuş bir neçə üsul mövcuddur. Həmin üsullardan biri bizim nə qədər enerji istehlak etmə bacarığımıza əsaslanır. Əgər enerji istehlakını bizim ən faydalı bacarıqlarımızdan biri kimi qəbul etsək, o zaman kainatdakı digər sivilizasiyaların da həmin bacarıqlara sahib olduqlarını güman etmək olar. Bu isə öz növbəsində sivilizasiya tərəfindən enerji istehlakının onun texnoloji inkişaf səviyyəsini təyin edən göstəricidir. Kardaşev şkalası da məhz bu prinsipə əsaslanır. Sözügedən şkala SSRİ astrofiziki Nikolay Kardaşev tərəfindən 1964-cü ildə yaradılıb. Öz şkalasında Kardaşev sivilizasiyaları 3 tipə bölüb:

I tip sivilizasiya: Bu cür sivilizasiya öz planetinə doğma ulduzundan gələn enerji miqdarına bərabər olan miqdarda enerji istehlak etməyi bacarır

Saytların yığılması Saytlarin yigilmasi

II tip sivilizasiya: Bu cür sivilizasiya öz ulduzunun bütün enerjisini istifadə edə bilir

III tip sivilizasiya: Bu cür sivilizasiya elə bir inkişaf səviyyəsinə çatıb ki, o, öz doğma qalaktikasının bütün enerjisindən istifadə edə bilir.

Kardaşev şkalası üzrə müxtəlif tip sivilizasiyaların müqayisəsi və onların istehlak etdikləri enerjinin vatt üzrə səviyyələri:

    “İnsanların böyük miqdarda enerjidən istifadə etmələrinə baxmayaraq, biz hətta I tip sivilizasiyaya da daxil deyilik” – deyə Kaliforniya Texnologiya İnstitutunun alimi Jonathan Jiang qeyd edib. Yer kürəsinə təqribi olaraq 10 üstü 16 vatt həcmində Günəş enerjisi gəlib çatır. Lakin bizim sivilizasiya onun 10 üstü 13 vatt həcmini istifadə edir. Buna görə də alimlər özlərinə belə bir sual veriblər: Ümumiyyətlə biz Kardaşev şkalası üzrə I tip sivilizasiya səviyyəsinə çata bilərikmi? “Digər tərəfdən enerji istehlakının lazımi səviyyəsinə həmin enerjinin Yer kürəsində prioritetli istehsalı vasitəsilə çatmaq olar. Çünki bütün Günəş enerjisini əldə etmək və eyni zamanda Yer kürəsini həyat üçün münbit şəraitdə saxlamaq mümkün deyil” – deyə Jonathan Jiang qeyd edib. Aparılmış tədqiqatlar çərçivəsində alimlər 3 əsas enerji mənbəyini araşdırıblar:

Qalıq yanacaq növündən əldə edilən enerji

Atom elektrostansiyalarından əldə edilən enerji

Bərpa olunan enerji mənbələri.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button