2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“İnsanlara adi krant suyunu brend su adı ilə sırıyırlar”

Eyyub Hüseynov: “Su bazarındakı problem olduqca ciddidir” Azad İstehlahçılar Birliyinin sədri Eyyub Hüseynov 24saat.org-a açıqlamasıdna su bazarında mövcud olan problemlərə diqqət çəkib, bəzi su istehsalçılarının insanları aldatdığını, qanunun tələbini kobud şəkildə pozduğunu vurğulayıb: “Azərbaycanın su bazarında olduqca ciddi problemlər mövcuddur. Hansı ki, bu problemlərin həlli üçün əlaqədar qurumlar tərəfindən konkret addımların atılması, konkret tədbirlərin görülməsi mümkündür. Bu gün su bazarında elə bir vəziyyət formalaşıb ki, brend suların saxta variantları baş alıb gedir. Bəzən isə insanlara adi krant suyunu brend su adı altında sırıyırlar. Krantdan doldurulan bu sular heç bir emal prosesindən keçmir. Bu isə həm istehlakçıları aldatmaq, həm də qanunun tələbini kobud surətdə pozmaqdır. Odur ki, aidiyyati instansiyaların su bazarında ciddi təftiş aparmasına ehtiyac var. Nə qədər ki, su bazarında əsaslı araşdırma aparılmayacaq, neqativ hallarla bağlı ciddi cəza mezanizmi tətbiq olunmayacaq, qeyd etdiyim problemlərin mövcudluğu davam edəcək”.

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button