2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İnsanların məhz xarici platformalara üz tütduğunun səbəbini tapmaq lazımdır

Bakı/29.12.21 Dekabrın 27-də Milli Məclis lotereya və idman mərc saytlarına girişi qadağan edən “Telekommunikasiya haqqında” qanuna düzəlişi qəbul edib. 

Düzəlişə əsasən, internet provayderləri və rabitə operatorları telekommunikasiya xidmətləri vasitəsilə azart oyunların təşkilinin və keçirilməsinin qarşısını almalıdırlar.

Buraya azart oyunların təşkili və ya bilet satışı, azart oyunlarda iştirak, o cümlədən xarici lotereya təşkilatçılarına və idman mərc oyunlarının operatorlarına ölkədə virtual mühitə çıxış daxildir. 

Saytların yığılması Saytlarin yigilmasi

Bəzi ekspertlərin fikrincə, idman mərc saytlarına və xarici lotereyaya çıxışının qarşısını almaqla hökümət bu sahədə də monopoliya yaratmağa çalışır. 

Lotereya və idman mərc saytlarına girişinə qadağa nə ilə bağlıdır? Bu sahədə monopoliya varmı?

Azərbaycanda lotereya oyunlarını keçirən yalnız bir qurumu var.”Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti Prezident İlham Əliyeyevin fərmanı ilə 2001-ci ildə yaradılıb və dövlətə məxsusdur. Fərmana əsasən, ASC-nin təsisçisi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyidi rvə Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini “Azərlotereya” ASC həyata keçirir.

ASC Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılmışdır.

2021-ci ilin fevralında isə İqtisadiyyat Nazirliyinə məxsus Azərlotereya ASC-nin Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb. 

Qanuni idman mərc oyunların opertoru da ölkədə cəmi bir şirkətdir. “Caspiantech” QSC-nin (19 Mart 2019-cu il tarixinə qədər “Azərinteltek” QSC) ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başladı. 

İqtisadiyyat Nazirliyindən Turana bildirilib ki, qanuna dəyişiklik insanların hüquq və qanunun mənafeələrin qorunması məqsədilə edilir. “Burada heç bir monopoliyadan söhbət gedə bilməz”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Rüfət Quliyev Turana bildirib ki, mərc oyunlar böyük bəladır və bu baxımından bu, vətəndaşlarının rifahının yaxşılaşmasına yönəlmiş düzgün qərardır. “Dövlət mərc oyunları üstündə pul qazanmaq istəsəydi ölkədə kazinolar fəaliyyət göstərərdi. Bəzi ekspertlər və deputatlar bu fikirlə çıxış edib, lakin dövlət buna getmir. Çünki dövlətin məqsədi mərc oyunların cəmiyyətə təsirini maksimum dərəcədə azaltmaqdır. Bu, çox vacibdir və bunu başa düşmək və qəbul etmək lazımdır”.

Deputat  hesab edir ki, mərc oyunlarına nəzarət dövlətə məxsus olmalıdır. “Bu lisenziya, monitorinq formasında ola bilər. Bu gün yüzlərlə insan digər xarici platformalarda oynayır və bütün pullarını, var-dövlətini itirir. Məhz ona görə qanuna dəyişiklik çox vacib idi”.

Komitə üzvü qeyd edib ki, dövlət mərc oyunlarından yüksək vergilər büdcəyə daxil ola biləcəyinə baxmayaraq həmin oyunları qadağan etdi. “İndi isə belə çıxır ki, Azərbaycanda oturan insanlar xarici platformalarda oynayacaq, uduzacaq və pularl Azərbaycandan gedəcək. Belə çıxır ki, bir başqa dövlətlərin büdcəsinə pul yatırırıq”.  

Onun sözlərinə görə, bu sahədə çoxlu dələduzlar peyda olub. “İnsanların bank kartlarından dələduz yolu ilə pul silənlər artıq onlayn mərc oyunlar sahəsində də peyda olub. Ona görə də bu sahə dövlətin nəzarətində olmalıdır”. 

“Azərlotereya” ASC-dən Turana bildirilib ki, qurum Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə fəaliyyət göstərir.

ASC-dən qeyd olunub ki, .2020-ci il ərzində “Azərlotereya” ASC üzrə lotereya biletlərinin satışından 49 989,2 min manat və sair əməliyyatlardan 579,4 min manat olmaqla, ümumilikdə 50 568,6 min manat gəlir əldə edilmişdir. “Satışın 56,59 faizi və ya 28 288,5 min manatı uduş fonduna sərf olunmuşdur. Bundan əlavə, əsas istehsal xərclərinin 11 815,8 min manat və gəlirdən çıxılan ƏDV 3 310,3 min manat və əmlak vergisi 2,1 min manat olduğu nəzərə alınmaqla balans mənfəəti 7 151,9 min manat təşkil etmişdir”.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, dünyada bir çox ölkələr spirtli içkilərin, tütün məmulatların satışı və mərc oyunları dövlət nəzarəti altında saxlayan qanunlar var. “Sadəcə Azərbaycanda problem ondan ibarətdir ki, bu tipli qaydaları tədbiq edərkən onların texniki tərəfləri haqqında düşünülmür. Bu qadağa necə həyata keçiriləcək? Bank kartlarının Azərbaycan banklarında tranzaksiyalar üçün qadağalar olacaqsa, vətəndaşlar başqa ölkələrin kartlarından istifadə edəcək, əgər saytlara giriş qadağan olunacaqsa VPN-lərdən istifadə edəcəklər”.

Ekspert deyir ki, bunun qarşısını inzibati yollarla kəsmək çox çətindir. “Ona görə də insanların məhz xarici platformalara üz tütduğunun səbəbini tapmaq lazımdır. Səbəb isə odur ki, Azərbaycanın bir mərkəzdən idarə olunan mərc saytlarında uduş əmsalı daha aşağıdır və vətəndaşlar da görürlər ki, eyni vəsaitlə daha çox pul qazanmaq şansı var üz tutur ora”. 

İqtisadçıının fikrincə, Azərbaycanda bu sahə inhisarşılığa alınıb. “Bu sahə sırf dövlətin əlindədir və qanuna edilən dəyişikliyin əsas məqsədi insanları yerli şirkətə yönəltməkdir. Çünki xarici şirkətlərə Azərbaycandan ildə 10 milyonlarla dollarlıq dövriyyəsi olur”.—0–

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button