2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“İnsanların mülkiyyət hüququ kütləvi şəkildə pozulur”

Eldəniz Quliyev: ”Halbuki, qanunlarımız da, dinimiz də xüsusi mülkiyyəti toxunulmaz hesab edir”

“Azərbaycanda insanların mülkiyyət hüququ kütləvi şəkildə pozulur”.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev bildirib. Onun sözlərinə görə, mülkiyyət hüququnun pozulması əsas insan hüquqlarından birinin pozulması deməkdir və bu, vətəndaşlarda dövlətin ədalətinə olan inamı sarsıdır:

Saytların yığılması Saytlarin yigilmasi

“Məsələ bundadır ki, həm qanunlarımız, həm də dinimiz xüsusi mülkiyyəti toxunulmaz hesab edir. Lakin reallıq bundan ibarətdir ki, Azərbaycanda sadə vətəndaşların mülkiyyət hüququ bəzi məmurlar, yetkililər tərəfindən tez-tez pozulur. Mediada bununla bağlı çoxlu sayda şikayət və informasiya mövcuddur.

Xüsusi mülkiyyət hüququnun pozulması, xüsusi mülkiyyətə hər hansı formada qəsd edilməsi yolverilməzdir. Bu, sadəcə vətəndaşların əsas huquqlarından birinin pozulması demək deyil. Bu, həm də qanun və ədalətin pozulması deməkdir. Bu isə insanlarda dövlətin ədalətinə olan inamı sarsıdır, mülkiyyət hüququnun möcudluğunu faktiki olaraq əhəmiyyətsiz edir”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button