2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

İnsanlığı dəyişmiş uçuş: Yuri Qaqarinin kosmosa uçuşundan 61 il ötür

    61 il bundan öncə 12 aprel tarixində SSRİ kosmonavtı Yuri Qaqarin Vostok” adlı kosmik gəmi vasitəsilə insan sivilizasiyası tarixində ilk dəfə açıq kosmosa yollanmışdı. Günümüzdə isə bu tarix Ümumdünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd edilir. “Vostok-3A” kosmik gəmisini özündə birləşdirmiş 8K72 adlı sürətləndirici raket 12 aprel 1961-ci il tarixində SSRİ Müdafiə Nazirliyinin 5-ci elmi-tədqiqat poliqonundan start götürmüşdü. Startdan 12.5 dəqiqə sonra ksomik gəmi sürətləndirici raketdən ayrılmış və Yer kürəsinin orbitinə çıxmışdı. Tarixdə ilk idarə olunmuş kosmik uçuş missiyası 106 dəqiqə ərzində davam etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

    Sözügedən uçuşa Yuri Qaqarin ilə digər kosmonavtların hazırlıqları 1960-cı ilin oktaybr ayından 1961-ci ilin aprel ayına kimi davam etmişdi. 8 apel 1961-ci il tarixində isə dövlət komissiyasının qərarı ilə Yuri Qaqarin “Vostok-3A” kosmik gəmisinin pilotu təyin edilmişdi. Bu uçuş missiyası insanlığın yeni texnologiyalar ilə Yer kürəsi orbitinin mənimsənilməsi yolunda yeni dövrün başlanğıcı idi. 9 aprel 1962-ci il tarixində SSRİ Ali Sovetin Rəyasət Heyətinin vermiş olduğu qərara əsasən Kosmonavtik günü bayramının qeyd edilməsi təyin edilmişdi. 30 aprel 1969-cu ildə isə Beynəlxalq Aviasiya Federasiyası Şurasının qərarı ilə Kosmonavtika gününün beynəlxalq səviyyədə məhz 12 aprel tarixində qeyd edilməsi təsdiqlənmişdi.

24 saat” “İnsanlığı dəyişmiş uçuş: Yuri Qaqarinin kosmosa uçuşundan 61 il ötür” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button