2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İnsanovun partiyasını qeydiyyata aldılar, sosialistlərdən isə imtina edirlər

Bakı/22.10.21  Keçmiş səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

İnsanov 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunaraq nazir vəzifəsindən azad edilib. Lakin sonradan ittiham iqtisadi cinayətlərlə əvəzlənib.

O 11 il müddətinə mühakimə olunub və azad edilməzdən bir neçə ay öncə psixotrop maddələrin saxlanmasında və həbsxana işçisinə hücumda ittiham edilib. Bu ittihamlarla onu daha 7 il müddətinə mühakimə ediblər. Lakin 2019-cu ilin martında  əfv olunub və həbsxanadan çıxdıqdan sonra yenidən ölkə rəhbərliyinin ünvanına tənqidlər səsləndirib. Bir müddət sonra İnsanov öz partiyasını yaradıb. Partiya hələlik xüsusi siyasi fəallığı ilə fərqlənmir.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət qeydiyyatından keçən digər partiya isə Azərbaycan Dirçəliş Partiyasıdır.

Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 58 partiya fəaliyyət göstərir. Onlardan 7-i keçən il, ikisi isə bu il qeydiyyata alınıb.

Eyni zamanda, illərlə qeydiyyatdan keçə bilməyən partiyalar var.

Hakim Yeni Azərbaycan Partiyasının Nəzarət-Təftiş Komissiyasının üzvü, parlamentin deputatı Elman Nəsirov bu məsələni şərh edərək bildirib ki, 2018-ci il prezident seçkilərindən sonra prezident İlham Əliyev “hərtərəfli islahatlar” elan edib ki, bu “partiyalararası dialoq”un formalaşmasını da əhatə edir.

Qeydiyyata alınmayan partiyalara gəlincə, bu, hansısa inzibati əngəllərlə əlaqədar deyil, müəyyən hüquqi prosedurlara əməl edilməsinin zəruriliyilə bağlıdır, Nəsirov hesab edir.

Lakin Azərbaycan Sosialist Partiyasının rəhbəri Elşən Həsənovun sözlərinə görə, bu təşkilat uzun illərdir ki, qeydiyyatdan keçə bilmir, hərçənd onun bütün sənədləri qaydasındadır. “Biz partiyanı 21 il öncə təsis etdik və sənədləri Ədliyyə Nazirliyinə təqdim etdik. 2002-ci ildən başlayaraq nazirlikdən bizə yalnız imtina cavabları daxil olur. 2003, 2005, 2008 və 2015-ci illərdə də qeydiyyata alınmaq üçün müraciət etdik. Lakin hər dəfə “çatışmazlıq” bəhanəsilə qeydiyyatdan imtina edirlər”, – Həsənov deyib.  

Hakimiyyətin dialoqa çağırışından sonra sosialistlər əlaqə saxladılar, lakin bu, onlara kömək etmədi, yenidən qeydiyyatdan imtina etdilər, Həsənov deyib.

O qeyd edib ki, sosialistlər məhkəməyə müraciət ediblər. Bakı Apellyasiya Məhkəməsi Ədliyyə Nazirliyinin xeyrinə qərar çıxarıb, lakin Ali Məhkəmə işi təkrar baxılmaq üçün apellyasiya instansiyasına qaytarıb. “Hazırda proses təxirə salınıb. Əgər yerli məhkəmələr imtina etsələr, biz Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik”, – Həsənov vurğulayıb.

O hesab edir ki, partiyaların qeydiyyatdan keçməsindən siyasi motivlərlə imtina edirlər. “Mənə dəfələrlə bildiriblər ki, siyasi rəhbərliyin göstərişi olmadan Ədliyyə Nazirliyi partiyanı qeydiyyatdan keçirə bilməz”, – Həsənov deyib.

Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, uzun illərdən sonra partiyaların qeydiyyatınını bərpası Avropa məhkəməsinin qərarı ilə bağlıdır. “Avropa Məhkəməsinə bu məsələ ilə bağlı bir neçə müraciət olub və Azərbaycan hökuməti qanunvericiliyin tələblərinə əməl etmək barədə yazılı öhdəlik götürərək məsələnin həllini üzərinə götürüb”, – Məmmədli bildirib. Onun fikrincə, partiyaların son qeydiyyatı bu proses çərçivəsində aparılır.

“Bundan əlavə, son zamanlar hakimiyyət ayrı-ayrı partiyaları qeydiyyatdan keçirərək, onlara ofislər ayıraraq cəmiyyətdə dialoq görüntüsü yaratmağa çalışır. Əgər hər şey bununla məhdudlaşarsa, bu, dialoq imitasiyasından başqa bir şey olmayacaq”, – Məmmədli qeyd edib. –06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button