2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

İnsayderlər Google şirkətinin qatlana bilən smartfonu barəsində yeni məlumatlar veriblər

    Google şirkəti hələ qatlana bilən smartfonunun təqdimatını rəsmi şəkildə anons etməyib. Lakin buna baxmayaraq ortaya çıxan məlumatlara əsasən şirkət bu cür smartfonun təqdimatını artıq bu il keçirdəcək. İndi isə internetdə Google şirkətinin qatlana bilən smartfonunun nə zaman təqdim olunacağı və hansı qiymətə satılacağı barəsində məlumatlar ortaya çıxıb. Beləliklə insayderlərin verdikləri məlumata əsasən Google öz qatlana bilən smartfonunun istehsalına bu ilin üçüncü rübündə start verəcək. Məlumatda qeyd edilib ki, smartfon 1399$ qiymətində satışa çıxacaq və beləliklə o, Samsung-un qatlana bilən smartfonlarına daha ucuz alternativ rolunda çıxış edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

    Gözləntilərə əsasən Google şirkətinin qatlana bilən smartfonu kvadrat formasında olacaq və onun əsas ekranı daxili istiqamətə qatlanacaq. Məlumata əsasən smartfon şirkətin fərdi Tensor GS101 prosessoru, 12 GB RAM 512 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Smartfonun 12.2 MP + 12 MP ikili arxa kameraya və 8 MP + 8 MP ikili ön kameraya sahib olacağı güman edilir. Məlumata əsasən smartfon bu ilin oktyabr ayında təqdim ediləcək. Qeyd etmək lazımdır ki, Google öz yeni smartfonlarını adətən məhz oktyabr ayında təqdim edir. Qatlana bilən smartfonun digər texniki özəllikləri barəsində heç bir məlumat yoxdur.

24 saat” “İnsayderlər Google şirkətinin qatlana bilən smartfonu barəsində yeni məlumatlar veriblər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button