AZ24SAAT.ORG

Now Reading:
İnsititut direktorundan jurnalistə təhqir: “Belə də yaz…”

“Bayaq “küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ESTN) hava şəraitindəki kəskin dəyişikliklə bağlı əhaliyə xəbərdarlıq edib. 24 saat.org xəbər verir ki, Modern.az saytının əməkdaşı mövzunu davam etdirmək, əhalinin narahatlığı ilə bağlı suallara cavab almaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədova müraciət edib.

Salamlaşıb hal-əhval tutduqdan sonra Ramiz Məmmədova küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı və digər bu kimi suallar ünvanladıq.

O isə suallara cavab vermək əvəzinə Azərbaycan jurnalistlərinin ünvanına təhqirlər yağdırmağa başladı və telefonu qapatdı.

İnstitutut direktorundan gözlənilməz münasibəti aydınlaşdırmaq üçün yenidən ona zəng etdik. Və Ramiz Məmmədova ilk dəfə zəng etdiyimizi xatırladanda söylədikləri bunlar oldu:

“Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri “bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur”.

Onun dediklərinin ayıb olduğunu bildirdikdə isə “bayaq “küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər. Elə beləcə də yaz!” söylədi…

Cəmiyyətə nümunə olacaq elm ocağının rəhbəri, akademik titulu daşıyan şəxs nalayiq sözləri deyib, telefonu qapatdı…

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.