2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Instagram-a mesajlarla bağlı yeni funksiyalar əlavə edilib

    Hələ bir neçə müddət bundan öncə Instagram-ın rəhbəri Adam Mosseri bildirmişdi ki, fotoservisin tərtibatçıları bu il əsas diqqətlərini Instagram daxilindəki mesajlara ayıracaqlar və bu məsələ ilə bağlı yeni funksiyalar istifadəyə veriləcək. Sözügedən yeni funksiyalar artıq istifadəyə verilib. Beləliklə istifadəyə verilmiş funksiyalar arasında Instagram-a daxil olmuş mesajlara birbaşa ana səhifədən cavab vermək imkanı var. Bundan sonra istifadəçi bu və ya digər kontenti izləməyi dayandırmadan və mesaj bölməsinə keçid etmədən daxil olmuş mesaja birbaşa ana səhifədən cavab verə biləcək.

Saytların yığılması Saytlarin yigilmasi

    Bundan əlavə olaraq istifadəçilər bu və ya digər musiqilərin 30 saniyəlik fraqmentlərini də mesaj vasitəsilə göndərə biləcəklər. Bu funkskiya Apple Amazon şirkətlərinin streaming servislərinin dəstəkləri vasitəsilə inteqrasiya edilib və yaxın zamanda Spotify musiqi servisinin dəstəyi də əlavə ediləcək. Həmçinin Share düyməsini klikləyib bir neçə saniyə ərzində saxlamaqla istifadəçiyə yeni menyu təqdim olunacaq və həmin menyu bəyənilən kontenti 4 dosta göndərmək imkanını verəcək. Mesaj bölməsinin yuxarı hissəsində isə real zaman ərzində online olan abunəçilərin siyahısı qeyd ediləcək. Bu yeni funksiyalar tədricən hamı üçün aktivləşdiriləcək.

24 saat” “Instagram-a mesajlarla bağlı yeni funksiyalar əlavə edilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button