2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Instagram-a NFT dəstəyi əlavə ediləcək

    South by Southwest adlı tədbirdə çıxış edən zaman Meta şirktəinin CEO-su Mark Zuckerberg elan edib ki, yaxın bir neçə ay ərzində Instagram-a NFT dəstəyi əlavə ediləcək. O həmçinin bildirib ki, Instagram daxilində NFT-lərdən istifadə etməklə yanaşı onların yaradılması imkanının olacağına da ümid edir. NFT-lərin Meta şirkətinin platformasında istifadəyə verilməsi gözlənilən idi. Bu sadəcə olaraq zaman məsələsi idi. Keçən il Instagram-ın rəhbəri Adam Mosseri bildirmişdi ki, fotoservis NFT dəstəyini nəzərdən keçirdir və bu sahədə araşdırmalar aparır. Lakin həmin vaxtda bu məsələ ilə bağlı hansısa ciddi anons edilməişdi. Yanvar ayında isə məlumat ortaya çıxmışdı ki, Instagram və Facebook mütəxəssisləri artıq bu məsələ ilə bağlı ciddi işlərə start veriblər.

Saytların yığılması Saytlarin yigilmasi

    Güman olunurdu ki, Instagram və Facebook istifadəçiləri NFT təsvirləri profil fotolarında istifadə edə, fərdi tokenlərini yarada və onları sata biləcəklər. Mark Zuckerberg NFT dəstəyinin necə reallaşdırılacağı barəsində ətraflı məlumat verməyib. Ümumiyyətlə Instagram daxilində NFT-nin necə çalışacağı aydın deyil. Nəzəri cəhətdən fotoservis daxilində daha məşhur paylaşımları satmaq imkanı və ya məhdud sayda istifadəçi üçün nəzərdə tutulmuş Stories paylaşımına baxmaq yolunda tokenlərin istifadəsi imkanı reallaşdırıla bilər. Lakin biznes baxımından ən cəlbedici variant Instagram-ın fərdi NFT marketplace platformasına sahib olmasıdır. Təbii ki, metakainat üçün olan texnoloji bazanı da nəzərdən ayırmaq lazım deyil. Belə ki, NFT-siz metakainatı təsəvvür etmək mümkün deyil. 

24 saat” “Instagram-a NFT dəstəyi əlavə ediləcək” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button