2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Instagram-da TikTok-dakı kimi tam ekran ölçülü paylaşımlar göstəriləcək

    Instagram-ın ana səhifəsində reallaşdırılacaq yenilik paylaşımların TikTok-dakı kimi görünməsinə imkan verəcək. Belə ki, məşhur fotoservis ana səhifədə paylaşımları tam ekran ölçüsündə sərgiləməyə başlayıb. Beləliklə istifadəçilər Instagram-da şaquli kontentləri görə biləcəklər. Sözügedən yeniliyin test olunduğunu həmçinin Instagram-ın rəhbəri Adam Mosseri də təsdiqləyib. Onun sözlərinə əsasən şaquli foto və videolar hələ ki, bəzi istifadəçilər üçün sərgilənəcək. Təqdim edilmiş fotoya əsasən tam ekran rejimində əks olunan kontentlərdə bəyənmə, rəylər və digər məlumatlar həmin kontentlərin üzərlərində yerləşəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

    Bu cür rejimdə fotoservisin yuxarı hissəsində Stories paylaşımları görünməsə də məlumatda qeyd edilib ki, istifadəçilər həmin paylaşımlara tətbiqin yuxarı hissəsindən daxil ola biləcəklər. Ana səhifənin aşağı hissəsində öz yerlərini qoruyub saxlamış düymələr sayəsində istifadəçilər həmçinin tam ekran rejimində axtarışdan, Reels və alış-veriş bölməsindən və həmçinin şəxsi profilə daxil olmağa imkan verən bölmədən istifadə edə biləcəklər. Bu halda bildirişlər, mesajlar və digər özəlliklər tətbiqin yuxarı hissəsində əks olunacaqlar. Instagram-da bu cür yeniliklərin isitfadəyə verilməsi gözlənilən idi. Belə ki, fotoservis son illərdə məşhurlaşmış TikTok ilə ciddi rəqabət aparmaq niyyətindədir. Bu istiqamətdə sosial şəbəkə kontent yaradıcıları arasında qısa videolar formatını inkişaf etdirməyə davam edir.

24 saat” “Instagram-da TikTok-dakı kimi tam ekran ölçülü paylaşımlar göstəriləcək” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button