2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Instagram”da təsvir olunan məhsulları satın almaq olacaq

Populyar “Instagram” foto xidməti növbəti həftə istifadəçilərə fotoşəkillərdə təsvir edilən müxtəlif məhsulları əldə etməyə imkan verən yeni funksiyanın sınağına başlamağı planlaşdırır. Bu barədə “Instagram” saytında yerləşdirilən məlumatda deyilir.

24saat.org ictnews.az-a istinadən xəbər verir ki, ilkin mərhələdə yeni funksiyadan ABŞ-da xidmətin “iOS” əməliyyat sistemi üçün nəzərdə tutulan versiyasının məhdud saylı istifadəçiləri yararlana biləcək. Sınaqlarda “Kate Spade”, “Warby Parker” və “JackThreads” kimi məşhur 20 brendin iştirakı gözlənilir. Satışa çıxarılan mallar şirkətlərin profillərində yerləşən fotoşəkillərdə qeyd ediləcək, istifadəçilər isə fotoşəkilin aşağı sol küncündə müvafiq işarəni sıxmaqla məhsul barədə geniş məlumatın olduğu şəkillərə baxmaq imkanı əldə edəcəklər.

Seçdiyi məhsulu, məsələn, çanta və ya eynəyi almaq istəyən istifadəçi mağazanın saytına yönəldilərək alış üçün ödənişi orada edə biləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Funksiyanın digər ölkələrdə nə vaxt istifadəyə veriləcəyi və “Android” mobil əməliyyat sistemli qurğu istifadəçilərinin ondan yararlana biləcəyi barədə məlumat verilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button