2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İnternet televiziya kanalları lisenziyalaşdırılacaq?

***

Sual: Ələsgər bəy, Milli Televiziya və Radio Şurası “Media haqqında” qanun layihəsində internet televiziya kanallarının lisenziyalaşdırılması üçün sadələşdirilmiş sistem nəzərdə tutub. Bunun üçün sadəcə olaraq qanunda müəyyən edilmiş tələblərə cavab vermək və MTRŞ-ya müraciət etmək lazım olacaq. Sizcə, bu doğru addımdırmı? İnternet televiziya kanallarınının lisenziyalaşdırılması niyə məcburi və ya qanuni əsaslarla olmalıdır ki? 

Cavab: Əgər hökumət media haqqında yeni bir qanun layihəsi zərurətini əsaslandırırsa, bunu öncə media ictimaiyyəti ilə, xüsusi ilə tənqidi media ictimaiyyəti ilə ciddi müzakirə edərək reallaşdırmalıdır. Azərbaycan Avropa Şurasının  2001-ci ildən üzvü olduğu üçün media sahəsində qanunvericilik tamamilə Avropa İnsan Haqları Konvensiyasına uyğun şəkildə formalaşdırılmışdı. İndi media sahəsində hansısa yeni addımın atılması beynəlxalq ekspertizadan keçirilməni tələb edir. Xüsusilə Avropa Şurası və ATƏT-in ekspertizasından. Çünki ATƏT-in Media Ofisi bilavasitə ATƏT zonasında media azadlığı aspektindən fəaliyyət göstərir.

Saytların yığılması Saytlarin yigilmasi

İkinci önəmli məqam odur ki, ümumiyyətlə bu qanun qəbul olunarkən, dövlətin mediaya hansı halda müdaxilə edib- edə bilməyəcəyinin xətləri çox aydın görünməlidir. Media elə bir sektordur ki, hökumət onu tənzimləmək baxımdan çox az səlahiyyətlərə malikdir. Media azad olmalıdır. Media məhz hökumətin də fəaliyyətinə ictimai nəzarəti həyata keçirə bilməlidir. Belə olan halda hökumətdən lisenziya alıb, ona nəzarət etmək asan deyil. Təcrübə göstərir ki, bu baxımdan KİV-in, internet mediasının hər hansı bir formada icazəli olmaması, yalnız televiziya və radioların milli tezlik resurslarında yayıldığı zaman lisenziyalaşması Avropa məkanında qəbul olunub.

 

Hazırda yerli qanunvericiliyə, Teleradio haqqında qanunun müddəalarına baxsaq, Milli Teradio Şurasının səlahiyyəti yalnız tezliklə bağlı lisenziyalaşma məsələsində keçərlidir. Bu ona görə qanunda belədir ki, bu beynəlxalq hüquq normasıdır. Bununla bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin ikinci hissəsi, BMT-nin mülki siyasi hüquqlar paktının 9-cu maddəsinin ikinci hissəsinin bu məsələlərlə bağlı konkret meyarı var. Bundan başqa Avropa Məhkəməsinin bununla bağlı çox aydın məhkəmə presedent hüququ var ki, birmənalı olaraq bu kimi məsələlərdə hökumətin mediaya daha artıq müdaxilə şansı yoxdur. Yəni, daha çox sahəni lisenziyalaşdırma və icazəyə tabe tutma məsələsində manevr imkanı yoxdur.

Ona görə də bu qanun layihəsi ortalığa çıxarılıb müzakirə olunmalıdır və xüsusən internet üzərində özəl yayımla məşğul olanlar üçün sadəcə yayımın kontentlə bağlı hüquqa uyğunluq məsələsində ümumi məsuliyyətlər müəyyən olunmalıdır. Yəni, diffamasiyaya yol verməmək, manipulyasiya etməmək, dövlət quruluşunu dəyişməyə çağırış, konstitusiyalı quruluşu zorla devirməyə çağırış, nifrət nitqi və.s. kimi belə ümumi kontent baxımdan yolverilməz məqamlar onlar üçün də keçərlidir. İndiki qanunvericilikdə də bunlar var. Dolayısıyla mövcud qanunda bununla bağlı boşluqların olduğunu düşünmürəm. Bundan artıq məhdudlaşdırma, yəni internet üzərindən yayımlanan televiziyaların lisenziyalaşdırılması ciddi şəkildə hökumətin mediaya müdaxiləsi hesab olunacaq və birmənalı olaraq azad olmayan media ilə daha ciddi şəkildə beynəlxalq qınağa, tənqidlərə hədəf olacaq. 

Sual: İnternet televiziya kanalları üçün spesifik iki tələb müəyyən olunub. Birinci tələb odur ki, kanalın özünün saytı olmalı və həmin saytdan yayım aparmalıdır. İkinci tələb isə bu yayımın gün ərzində minimum 6 saat olmasıdır. Sizcə, internet televiziyalarının üzərinə belə tələblər qoymaq nə dərəcədə mümkündür?

Cavab: İnternet televiziya kanalları üzərində hansısa tələb qoymaq və həmin tələbi reallaşdırmaq o qədər də asan deyil. Burda gərək başqa addımlar da atılsın.

Eynilə Azadlıq Radiosunun, Meydan tv-nin və sair saytlarının blok olunması kimi “az” domenində olmayan, lisenziya almayan bütün saytları kütləvi şəkildə ölkə daxilində bloklasınlar.

Bu da çözüm deyil. Çünki VPN və Proxy proqramları ilə lisenziya almayan və internet üzərindən Azərbaycana yönəlik televiziya yayımı ilə məşğul olan qruplar yenə də yayımını davam etdirmiş olacaq. Bu nəticə olaraq effektiv olmadığı kimi, mahiyyət və iradə etibarı ilə çox geri və ölkənin imicinə zərər gətirən addım kimi qiymətləndiriləcək. Ona görə də burda şərtləri müzakirə etmək mənasızdır. Belə bir sistem mövcud olmamalıdır. İnternet geniş resursdur. Milyonlarla insanın internetə çıxış imkanı və hüququ var.  Teleradio sahəsində ötürücülər, infrastruktur, tezlik istifadəsi əlavə vəsait tələb edir. Hər kəsin bu standartlardan istifadə etmək imkanı yoxdur. Ona görə bu lisenziyalaşır. Ona görə məhdud olmayan bir resurs üçün ciddi şəkildə məhdudlaşdırmalar gətirmək, saat və lisenziya şərti qoymaq yolverilməzdir. 

Sual: Yəqin ki, tezlik vermək üçün internet televiziyalarının üzərinə qoyulan tələblər bununla yekunlaşmayacaq. Azərbaycan reallığından çıxış etsək, yəqin ki, qeyri-qanuni tələblər də irəli sürüləcək. Çünki Azərbaycan mediasında öz sözünü açıq şəkildə deyə bilməyən və internet resurslarında özünə məkan quran həmin internet televiziyaları rahat şəkildə tezliyə buraxmazlar. Ola bilərmi, məqsəd bu açıq sözlü televiziyaları bu kimi addımlarla öz əllərində cəmləşdirmək, onlara nəzarət etmək olsun? 

Cavab: Sizin düşüncələriniz istisna deyil. Doğrudan da bu Azərbaycan reallığında çox tez-tez rastlaşdığımız təcrübədir. Azərbaycanda bilirik ki, QHT-lər hüquqi baxımdan qeydiyyata alınmaq üçün sadəcə sənəd verib, qeydiyyata alınmalıdır. Amma təcrübədə bunun üçün həmin QHT-lərin sahələrinə uyğun nazirliklərin, ayrı-ayrı qurumların tövsiyə məktubları tələb olunur. Bunar varsa, yəni hansısa himayədar varsa, hökumət içərisində məsuliyyəti üzərinə götürən hansısa şəxs varsa, o zaman həmin təşkilat qeydiyyatdan keçə bilir.

Bu təcrübə göstərir ki, bu kimi halları qanunvericilik halına gətirmək istəyirlərsə, demək ki, dolaylı olaraq kimlərinsə icazəsi, tövsiyə məktubları nəzərə alınacaq. Bu da əlbəttə ki, yayımçılara qarşı diskriminativ şəkildə fərqli kontentdə olan məhsulların yayılmasına sövq edəcək.

Çox tənqidi və məsələnin daha demokratik, azad mühitdə aparmaq istəyənlər isə sıxışdırılmağa başlayacaq. Çünki təcrübədə bu günə qədər biz bunu görmüşük. Teleradio Şurasının verdiyi tezliklərlə bağlı Avropa Məhkəməsində işlər var. Həmin işlər çox mötəbər və müstəqil media qurum olan Turan informasiya Agentliyi kimi quruma mənfi cavab verilməsi ilə bağlıdır. Bu kimi təcrübələrdən çıxış edərək deyirəm ki, indidən lisenziyalaşdırma ideyaları varsa bu təcrübədə ciddi şəkildə, qanunda olduğundan da artıq məhdudlaşdırıcı şəkildə tətbiq olunacaq. 

Sual: İnternet televiziyası tezlikdə yayınlanmaq istəməzsə, bu necə tənzimlənəcək?

Cavab: Bu qanundan internet televiziyalarına tezlik verilməsi mənası çıxmır. İnternet televiziyalarının lisenziyalaşdırılması və daha “sadə” lisenziyalaşdırma məsələsi var. Yəni, heç də bütün internet televiziyaları qeydiyyatdan keçdikdən sonra onlara milli tezlik verilməyəcək. Bununla bağlı gözlənti yanlışdır. Çünki milli tezlik resursları məhduddur və lisenziya alındığı zaman həm də yerüstü qurğularla yayılma şansı olacaq. Yerüstü qurğuların maliyyəsi çox yüksəkdir. Həm də bunda hökumət o qədər də maraqlı ola bilməz. 

Hökumətin bu günə qədər ki davranışları göstərir ki, bu məsələyə o qədər də isti yanamır ki, hər kəsin əlində tezlik olsun və istədiyi vaxt yayıma çıxsın. Bu,  internet üzərindən yayılan və bu gün üçün hər hansı bir məhdudiyyət olmayan internet televiziyaların kontrola alınması məsələsidir. 

 

Sual: Artıq bu tezlik söhbətləri çıxandan intriqalar başlayıb. Bir sıra televiziya kanallarının rəhbərləri öz efirlərindən istifadə edərək bəzi reytinqli internet kanallarının qapadılması üçün çağırışlar edirlər. Bu rəqabət qorxusudur, yoxsa, altında yenə başqa maddi və digər səbəblər gizlənir?

Cavab: Azərbaycan media reallığında həmişə ələbaxımlı media müstəqilləri qısqanıb. Bu reallıqdır. Ələbaxımlı media davamlı olaraq yalnız onlara əmr olunanları göstərdiyi halda, müstəqillər daha rahat şəkildə çıxış edə bilib. Ona görə də müstəqillər internetdə daha çox qalıb.

Zatən internetdən başqa müstəqil yayım imkanı mövcud deyil. Ona görə bu gün üçün bu tip çağırışların olması tamamilə qısqanclıqdan və özlərinin media və jurnalistika prinsiplərinə xəyanətindən dolayı çəkdikləri utancdan doğur. 

fəaliyyəti üçün hansısa yeni və ya köhnə qanuna ehtiyac varmı? Əgər hər hansısa qanuna zərurət varsa, orada əsasən nələr nəzərdə tutulmalıdır? 

Cavab: Azərbaycan qanunvericiliyini son 15 ildə, 2005-ci ildən sonra o qədər çox, detallı şəkildə əldən keçiriblər və bütün məqamları nəzərə alıblar ki, indiki qanunvericilik əslində Avropa Şurasına daxil olduğumuz zamankı 20 il öncəki qanunvericilikdən qat-qat məhduddur və daha çox sahəyə müdaxilə imkanı verir.

Normalda dövlət mediaya müdaxilə etməməlidir. Sadəcə mühit hazırlamalıdır və medianın informasiya çıxışı üçün müəyyən açarlar qoymalıdır ki, media bütün dövlətin əlində olan, rəsmi qurumlardan, informasiya sahibi hesab olunan hüquqi və fiziki şəxslər də daxil hər kəsdən rahat informasiya ala bilsin və onların fəaliyyətinə hər hansı məhdudiyyət olmasın. Dövlətin media ilə bağlı öhdəliyi budur.

Dövlət kimin peşəkar yayımçı olub- olmadığını müəyyənləşdirəcək məsələlərə baxmamalıdır. Bu dövlətin vəzifəsi deyil.

Dövlət yalnız məhdud olan tezlik resursunun lisenziyalaşdıra bilər. Bunun xaricində bütün qanunvericiliyin məqsədi mühit yaratmaq, başqalarına zərər verməyəcək bir mühitdə fəaliyyət göstərmək və eyni zamanda bu baş verərsə hüquqi məsuliyyət yaratmaqdır.

İndiki qanunvericilikdə fəaliyyət sferası və məhdudiyyət çox geniş şəkildə göstərilib. Avropa Şurasının ölkələrinin heç birində Azərbaycan istisna olmaqla diffamasiya bu cür tətbiq olunmur. Bizim cinayət qanunvericiliyində diffamasiya ilə bağlı 4 fərqli maddə var. Bunların hamısı gündəlik tətbiq olunan maddələrdir. Eyni zamanda informasiya haqqında qanunda inzibati orqana internet mediaya blok qoymaq  və hətta bunu məhkəmə qərarı olmadan etmək hüququ verilib. Bu özü kifayət qədər qeyri-legitim və məhdudlaşdırıcı addımdır.

Bütün bunları düşündüyümüzdə qanunvericiliyi dəyişməyə ehtiyac var. Amma liberallaşdırma baxımından dəyişməyə ehtiyac var. Yoxsa yeni məhdudiyyətlər, lisenziyalar, icazələr, tanış tövsiyələri baxımından lazım deyil. Ona görə də bu istiqamətdə dövlət siyasətini formalaşdıranlar bir daha düşünməlidir və bu tip məsələlərdə hökumət mediaya nə qədər müdaxilə edə bilər kriteriyasından baxıb, hərəkət etsinlərs. Hökumətin bundan artıq mediaya təsir imkanı olmamalıdır. Əgər varsa, onda həmin media ələbaxımlı, basqı altında olur, hökumətin fəaliyyətinə ictimai nəzarət fuksiyasını yerinə yetirə bilmir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button